Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Fəxrəddin Qədirov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'Kateqoriya: F{{Alim |Adı = Fəxrəddin Qədirov |Orijinal adı = {{dil-az|Fəxrəddin Əbülfət oğlu Qədirov}} |Şəkil...' ilə yarat)
 
Sətir 1: Sətir 1:
[[Kateqoriya: F]]{{Alim  
+
[[Kateqoriya: F]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]
 +
{{Alim  
 
  |Adı                  = Fəxrəddin Qədirov
 
  |Adı                  = Fəxrəddin Qədirov
 
  |Orijinal adı        = {{dil-az|Fəxrəddin Əbülfət oğlu Qədirov}}
 
  |Orijinal adı        = {{dil-az|Fəxrəddin Əbülfət oğlu Qədirov}}
Sətir 25: Sətir 26:
 
  |Sayt                =  
 
  |Sayt                =  
 
}}
 
}}
 
 
'''Fəxrəddin Əbülfət oğlu Qədirov''' — Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007)<ref>{{cite web|url=http://www.science.gov.az/az/comembers/garirovfxau.htm |title=Fəxrəddin Əbülfət oğlu Qədirov |author= |date=2012 |work=[[AMEA]] |publisher=science.gov.az |accessdate=2014-09-24 |language=az}}</ref>, AMEA-nın həqiqi üzvü (2014)
 
'''Fəxrəddin Əbülfət oğlu Qədirov''' — Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007)<ref>{{cite web|url=http://www.science.gov.az/az/comembers/garirovfxau.htm |title=Fəxrəddin Əbülfət oğlu Qədirov |author= |date=2012 |work=[[AMEA]] |publisher=science.gov.az |accessdate=2014-09-24 |language=az}}</ref>, AMEA-nın həqiqi üzvü (2014)
  
Sətir 62: Sətir 62:
 
== İstinadlar ==
 
== İstinadlar ==
 
{{İstinad siyahısı}}
 
{{İstinad siyahısı}}
 
[[Kateqoriya:Şəkidə doğulanlar]]
 
[[Kateqoriya:AMEA-nın həqiqi üzvləri]]
 

00:32, 19 may 2020 versiyası

Fəxrəddin Qədirov
az.: Fəxrəddin Əbülfət oğlu Qədirov
Fəxrəddin Qədirov
Doğum tarixi 19 iyul 1950(1950-07-19)
Doğum yeri Şəki
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları “Şöhrət” ordeni (Azərbaycan)

Fəxrəddin Əbülfət oğlu Qədirov — Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007)[1], AMEA-nın həqiqi üzvü (2014)

Həyatı

Fəxrəddin Qədirov 19 iyul 1950-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1967-ci ildə Şəki şəhər 10 saylı orta məktəbi gümüş medalla bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş və 1972-ci ildə oranı bitirmişdir.

Hələ tələbəlik illərində F.Qədirov elmi tədqiqat işinə həvəs göstərmiş, Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etmiş, Bakı, Novosibirsk və Moskva şəhərlərində keçirilən tələbə elmi konfranslarında məruzələrlə çıxış etmişdir.

Yer fizikasına olan həvəsi 1975-ci ildə F.Qədirovu AMEA Geologiya İnstitutuna gətirmişdir. Əmək və elmi fəaliyyəti ilə AMEA Geologiya İnstitutuna bağlanan F.Qədirov 1981-1986-cı illərdə kiçik elmi işçi, 1986-1988-ci illərdə böyük elmi işçi, sonralar “Qravimetriya” laboratoriyasının rəhbəri, “Geodinamika və Seysmologiya” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2013-cü ildən AMEA Rəyasət heyətinin üzvü, Yer Elmləri Bölməsinin akademik -katibidir.

F.Qədirov 1984-cü ildə geofizika ixtisası üzrə “Yerin üst mantiyasının iki təbəqəli modelində daxili dalğaların yaranması və sərbəst düşmə təcilinin qabarmayan dəyişməsinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi,

2002-ci ildə isə “Azərbaycanın dərinlik quruluşunun ədədi qravitasiya modelləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcələrini almışdır.

Qafqazın müasir geodinamikasının və seysmik aktivliyinin tədqiqi, zəlzələlərin paylanmasının geotektonik aspektlərinin inkişaf etdirilməsi, geoloji proseslərin fiziki mexanizmlərinin öyrənilməsi, qravitasiya sahəsinin məkan və zaman dəyişmələrinin ədədi analizi və yer qabığı quruluşunun modelləşdirilməsi kimi problemlər onun elmi tədqiqatlarının əsas istiqamətlərini təşkil edir.

1998 və 2000-ci illərdə ABŞ-nın Massaçusets Texnologiya İnstitutunda GPS tədqiqatları ilə məşğul olan alim bu texnologiyanı dərindən mənimsəmiş və 1998-ci ildə onun təşəbbüsü ilə Azərbaycan ərazisində ilk dəfə olaraq GPS müşahidə sistemi qurulmuş və GPS texnologiyası əsasında Azərbaycan ərazisinin müasir geodinamikasının tədqiqinin əsası qoyulmuşdur.

F.Qədirovun rəhbərliyi altında Azərbaycanda 10 ildən artıq müddətdə aparılan GPS monitorinqi nəticəsində Yer qabığının üfüqi hərəkətləri öyrənilmiş, zəlzələ təhlükəsini daha dəqiq dəyərləndirmək üçün deformasiya enerjisinin akkumulyasiya qanunauyğunluqları müəyyənləşdirilmiş, Qafqaz blokunun saat əqrəbinin əksinə dönməsi və Azərbaycan ərazisinin geodinamik şəraitinə təsiri tədqiq olunmuş, Abşeron yarımadasının cənub hissəsinin şərqə tərəf hərəkət etməsi və intensiv yer qabığı qısalmalarının sürəti və baş verdiyi ərazilər müəyyən edilmiş və bütün bunların seysmik proseslərdəki rolu aydınlaşdırılmışdır.

Alim ilk dəfə olaraq Azərbaycanın neftli-qazlı vilayətlərinin çöküntü təbəqələrindəki qravitasiya tarazlığı proseslərini nəzəri olaraq öyrənmiş və burada konveksiya axınının mümkünlüyünü göstərmiş, palçıq vulkanları quruluşunun qravitasiya və aktivləşmə mexanizmi modelini vermişdir.

F.Qədirov tərəfindən Qafqaz-Xəzər regionunun litosfer quruluşunun 3D qravitasiya modeli hazırlanmış və qırılmaların səth və dərinlik paylanması öyrənilmişdir. Onun təcrübi və nəzəri tədqiqatları nəticəsində Cənubi Xəzər hövzəsində Moho sərhədi altında sıxlığı böyük olan təbəqənin olduğu müəyyən edilmiş və bu təbəqənin regionun geodinamikasındakı rolu öyrənilmişdir.

2007-ci ildə geofizika ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

2014-cü ildə geofizika ixtisası üzrə AMEA-nın həqiqi üzvü seçilmişdir.

2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[2]

250-dən çox elmi məqalənin, 2 monoqrafiyanın müəllifi və 4 monoqrafiyanın həmmüəllifidir. Onun həmmüəllifi olduğu iki cildlik “Geosciences of Azerbaijan” (Volume I: Geology; Volume II: Economic Geology and Applied Geophysics) kitabı 2017- ci ildə nüfuzlu Springer nəşriyyatında çap olunmuşdur. F.Qədirov 9 beynəlxalq elmi-tədqiqat layihəsinin rəhbəri olmuş, ABŞ və Avropada keçirilən beynəlxalq elmi konfranslarda dəfələrlə Azərbaycanı müvəffəqiyyətlə təmsil etmişdir.

Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi və 1 elmlər doktoru hazırlanmış və hazırda 4 doktorantın elmi rəhbəridir. F.Qədirov bir sıra elmi cəmiyyətlərin, o cümlədən Avropa Geoloq Alim və Mühəndislər Assosiasiyasının (EAGE), Amerika Geofiziklər İttifaqının (təşkilatının) (AGU), Amerika Neftçi-Geoloqlar İttifaqının (AAPG) üzvüdür.

İstinadlar

  1. "Fəxrəddin Əbülfət oğlu Qədirov". AMEA (azərb.). science.gov.az. 2012. İstifadə tarixi: 2014-09-24.
  2. Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı