Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Faiq Çələbiyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Faiq Çələbiyev
Çələbiyev Faiq İbrahim oğlu
(rus.: Фаик Челебиев)
Faiq Çələbiyev
Faiq Çələbiyev.
Doğum tarixi 16 aprel 1948(1948-04-16)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 30 iyul 2020 (72 yaşında)
Vəfat yeri Sankt-Peterburq, Flag of Russia.svg Rusiya
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Russia.svg Rusiya
Elm sahəsi musiqişünas
İş yeri Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universiteti
Elmi dərəcəsi sənətşünaslıq elmləri doktoru
Təhsili

 • Asəf Zeynallı adına Musiqi Məktəbi (−1980)

 • Üzeyr Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, tar sinfi (1980–1985)

 • Rusiya İncəsənət Tarixi İnstitutu, aspirantura (1985–1987)

Faiq Çələbiyev (1948–2020) — tanınmış musiqişünas alim-tarzən, sənətşünaslıq elmləri doktoru, professor, Sankt-Peterburq azərbaycanlı icmasının görkəmli nümayəndəsi. 1985-ci ildən Leninqradda/Sankt-Peterburqda yaşamış və fəaliyyət göstərmişdir.

Haqqında məlumatlar

16 aprel 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxa şəhər 10 saylı orta məktəbində oxuyub və həm də tarzən İbad Salmanovdan tar dərsi alıb.

1980-cı ildə Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib.

1980 – 1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfində,

1985 – 1987-ci illərdə isə Leninqradda – Rusiya İncəsənət tarixi İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

Rusiya İncəsənət Tarixi İnstitutunun aparıcı elmi işçisi,

Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universitetinin şimal xalqları institutu fakültəsinin paleoasiya dilləri, folkloru və ədəbiyyatı kafedrasının professoru olub.

Elmi fəaliyyəti

1999-cu ildə «Azərbaycan silsilələri: musiqi formalarının problemləri» (rus.: «Азербайджанские ренги: проблемы музыкальной формы») mövzusunda namizədlik dissertasiyasını,

2009-cu ildə isə «Dəsgah morfologiyası» (rus.: «Морфология даскяха») mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Sənətşünaslıq mövzusunda Sankt-Peterburqda, Moskvada, Bakıda və dünyanın digər şəhərlərində çap olunmuş çoxlu sayda məqalənin müəllifidir.

Azərbaycan muğam sənəti onun əsas elmi maraq dairəsi olub.

Konsertləri

Rusiyada və Rusiya xaricində solist kimi konsert fəaliyyəti ilə də məşğul olub, vaxtaşırı olaraq, Avropanın akademik, eləcə də İran, Hindistan və Azərbaycan musiqiçilərinin müxtəlif ənənəvi layihələrində iştirak edib.

Vəfatı

30 iyul 2020-ci il tarixdə – 72 yaşında, Sankt-Peterburqda vəfat edib.

Ədəbiyyat

  1. "Фаик Челеби:Биография". http://www.philharmonia.spb.ru (русский). «Санкт-Петербургская филармония им. Д.Д.Шостаковича». 25 Jul 2014 – 6 Sep 2019 tarixində arxivləşdirilib.
  2. "Информация о составе педагогических (научно-педагогических) работников образовательной организации". https://herzen.spb.ru/ (русский). Российский государственный педагогический университет им. А.И. Герцена. 20 Sep 2020 tarixində arxivləşdirilib.
  3. "Челебиев Фаик Ибрагим Оглы". https://web.archive.org/web/20181223150026/http://diaspora.spb.ru/ (русский). Азербайджанская диаспора Санкт-Петербурга. 17 May 2016 - 21 Feb 202 tarixində arxivləşdirilib.
  4. "RETROSPEKTİVA – Tarda ifa edən yeganə elmlər doktoru FAİQ ÇƏLƏBİ". https://1905.az/ (azərb.). 1905.az. 07.11.2018. 9 Nov 2014 - 2 Feb 2020 tarixində arxivləşdirilib.
  5. "УШЕЛ ИЗ ЖИЗНИ ФАИК ЧЕЛЕБИ". http://artcenter.ru/ (русский). Российский институт истории искусств. 5 Aug 2020 - 25 Sep 2020 tarixində arxivləşdirilib.
  6. Abdurahmanova X. Şəkidə musiqi-etnoqrafik ekspedisiyalar // Konservatoriya : jurnal. — Bakı, 2017. — № 1 (35). Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 iyul 2020.

Həmçinin, bax: