Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Faiq Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 03:09, 17 oktyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Faiq Əhmədov
Əhmədov Faiq Abduləvvəl oğlu
Faiq Əhmədov
Faiq Əhmədov.
Doğum tarixi 16 oktyabr 1940(1940-10-16)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 15 fevral 2011 (70 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Bakı Dövlət Universiteti, optika və molekulyar fizika kafedrası (kafedranın müdiri)
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika-riyaziyyat fakültəsi (1957–1962)

 • M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, aspirantura(1962–1965)
Uşaqları Sahir və Nicat

Faiq Əhmədov (1940–2011) — fizika-riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin optika və molekulyar fizika kafedrasının müdiri.

Haqqında məlumatlar

16 oktyabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1957-ci ildə Nuxa şəhər 12 №-li orta məktəbini bitirib.

1957 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində,

1962 – 1965-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1966-cı ildə “Kristallaşan polimerlərin mexaniki xassələrinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını,

1992-ci ildə isə “Quruluş xüsusiyyətlərini nəzərə alaraq makromolekulyar sistemlərdə relaksasiya keçidlərinin tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

100-dən artıq elmi məqalənin və 12 kitabın müəllifidir.

Əmək fəaliyyəti

1966-cı ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin/Bakı Dövlət Universitetinin optika və molekulyar fizika kafedrasında işləyib; o cümlədən,

1966-cı ildən müəllim,

1969-cu ildən baş müəllim,

1971-ci ildən dosent,

1993-cü ildən professor,

1996-cı ildənkafedranın müdiri vəzifəsini tutub.

Digər

ASE-də 150-dən artıq məqalənin müəllifidir.

Bakı Dövlət Universitetinin İxtisaslaşmış Müdafiə Şurasının üzvü olub.

Vəfatı

15 fevral 2011-ci il tarixdə – 70 yaşında, Bakıda vəfat edib. Şəkidə – Dağ dibi qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əhmədov Faiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 197. — 1.000 nüsx.
  2. Əhmədov Faiq Abduləvvəl oğlu : [arx. 7 Jul 2011 - 3 Aug 2020] // Bakı Dövlət Universiteti, fizika fakültəsi. — Müraciət tarixi: 16.10.2021.
  3. Əhmədov Faiq Abduləvvəl oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — ISBN 978-9952-441-13-0.