Fikrət Əsgərov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 22:55, 25 noyabr 2021 tarixli redaktə
Fikrət Əsgərov
Əsgərov Fikrət Hüseyn oğlu
Fikrət Əsgərov
Fikrət Əsgərov.
Doğum tarixi 18 fevral 1941(1941-02-18)
Doğum yeri Nuxa, Azərbaycan SSR, SSRİ
Uşağı Şəfa Qarəhmədova
Vətəndaşlıq SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası fizika-riyaziyyat müəllimi
Təhsili V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, fizika-riyaziyyat fakültəsi (1959 – 1963)
Fəaliyyəti müəllim
Fəaliyyət illəri 1963 – 2014
Mükafatları SSRİ maarif əlaçısı — 1983"Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2007
"Əmək igidliyinə görə" medalı  — 1986"Əmək veteranı" medalı

Fikrət Əsgərov – təqaüdçü-pedaqoq, SSRİ maarif əlaçısı, Azərbaycan Respublikasının əməkdar müəllimi. Uzun müddət – 34 il, Şəki şəhər 10 №-li tam orta məktəbində fizika-riyaziyyat fənnindən dərs deyib.

Haqqında məlumatlar

18 fevral 1941-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1948 – 1959-cu illərdə Nuxa şəhər 10 №-li tam orta məktəbində,

1959 – 1963-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1963 – 1967-ci illərdə Zaqatala rayonunun Çobankol kənd məktəbində,

1967 – 2011-ci illərdə isə Şəki şəhər 10 №-li tam orta məktəbində fizika-riyaziyyat müəllimi işləyib.

İctimai fəaliyyəti

Azərbaycan müəllimlərinin VII (1987), XII (2003) və XIII (2008) qurultaylarının iştirakçısı olub.

1982-ci ildə Şəki Şəhər Sovetinin deputatı seçilib.

Təltif və mükafatları

Ədəbiyyat

  • Sənətinin vurğunu // Şəki fəhləsi : qəzet. — Şəki, 1980. — В. 16 fevral.
  • Riyaziyyat müəllimi // Şəki fəhləsi : qəzet. — Şəki, 1986. — В. 7 oktyabr.
  • Mahir pedaqoq // Şəki fəhləsi : qəzet. — Şəki, 1987. — В. 11 fevral.
  • Səmədov B.Ş. Təcrübə öyrədir. — Bakı: “Maarif” nəşriyyatı, 1987.

Şablon:Yaxşı məqalə