Fikrət Əsgərov (1941–2023) — tanınmış pedaqoq, SSRİ maarif əlaçısı, Azərbaycan Respublikasının əməkdar müəllimi. Uzun müddət – 34 il, Şəki şəhər 10 №-li tam orta məktəbində fizika-riyaziyyat fənnindən dərs deyib.

Fikrət Əsgərov
Əsgərov Fikrət Hüseyn oğlu
Fikrət Əsgərov
Fikrət Əsgərov.
Anadan olub 18 fevral 1941(1941-02-18)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 10 may 2023 (82 yaşında)
Uşağı Şəfa Qəhrahmədova
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası fizika-riyaziyyat müəllimi
Təhsili V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, fizika-riyaziyyat fakültəsi (1959–1963)
Fəaliyyəti müəllim
Fəaliyyət illəri 1963 – 2014
Mükafatları SSRİ maarif əlaçısı — 1983"Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2007Azərbaycan SSR qabaqcıl maarif xadimli
"Əmək igidliyinə görə" medalı  — 1986"Əmək veteranı" medalı
facebook səhifəsi

Haqqında məlumatlar

18 fevral 1941-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1948 – 1959-cu illərdə Nuxa şəhər 10 №-li tam orta məktəbində,

1959 – 1963-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1963 – 1967-ci illərdə Zaqatala rayonunun Çobankol kənd məktəbində,

1967 – 2011-ci illərdə isə Şəki şəhər 10 №-li tam orta məktəbində fizika-riyaziyyat müəllimi işləyib.

İctimai fəaliyyəti

Azərbaycan müəllimlərinin VII (1987), XII (2003) və XIII (2008) qurultaylarının iştirakçısı olub.

1982-ci ildə Şəki Şəhər Sovetinin deputatı seçilib.

Təltif və mükafatları

Vəfatı

10 may 2023-cü il tarixdə – 82 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Sənətinin vurğunu // Şəki fəhləsi : qəzet. — Şəki, 1980. — В. 16 fevral.
  2. Riyaziyyat müəllimi // Şəki fəhləsi : qəzet. — Şəki, 1986. — В. 7 oktyabr.
  3. Mahir pedaqoq // Şəki fəhləsi : qəzet. — Şəki, 1987. — В. 11 fevral.
  4. Səmədov B.Ş. Təcrübə öyrədir. — Bakı: “Maarif” nəşriyyatı, 1987.