Fikrət Əzizov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 19:47, 15 yanvar 2022 tarixli redaktə
Fikrət Əzizov
Əzizov Fikrət Vahid oğlu
Fikrət Əzizov
Fikrət Əzizov.
Doğum tarixi 29 mart 1930(1930-03-29)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 13 mart 1998 (67 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Məhəmməd əfəndi qəbiristanlığı, Şəki, Azərbaycan
Həyat yoldaşı Elmira
Atası Vahid
Anası Heyran
Təhsili Azərbaycan Politexnik İnstitutu, dəmir yolu nəqliyyatı fakültəsi (1949–1954)

Fikrət Əzizov (1930–1998) — sovet dövründə Bakının bir sıra iri sənaye müəssisələrində rəhbər vəzifələr tutmuş şəxs. “Azərelektrikişıq” Bakı İstehsalat Birliyinin baş direktoru, Bakı Məişət Kondisionerləri Zavodunun direktor müavini və s. vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

29 mart 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbini bitirib.

1949 – 1954-cü illərdə Azərbaycan Politexnik İnstitutunun dəmir yolu nəqliyyatı fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1954 – 1956-cı illərdə Şimali Qafqaz Dəmir Yollarının Proxladnıy stansiyasında texniki kontorunun rəisi,

1956 – 1958-ci illərdə Azərbaycan Dəmir Yollarının Keşlə stansiyasında dispetçer,

1960-cı ilədək Sumqayıt Alüminium zavodunda nəqliyyat sexinin rəisi,

1960 – 1962-ci illərdə Azərbaycan SSR Maşınqayırma İdarəsində şöbə rəisi,

1962-ci ildən Bakı Məişət Kondisionerləri Zavodunun direktor müavini,

1975-ci ildən “Azərelektrikişıq” Bakı İstehsalat Birliyində baş direktor vəzifəsində çalışıb.

Vəfatı

13 mart 1998-cı il tarixdə – 67 yaşında, Bakıda vəfat edib. Şəkidə – Məhəmməd əfəndi qəbiristanlığında dəfn edilib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əzizov Fikrət // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 134-135. — 600 nüsx. — ISBN 5-8066-1708-4.