Fikrət CəfərovŞəki şəhərinin sabiq meri; 2010 – 2015-ci illərdə Şəki şəhər bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır.

Fikrət Cəfərov
Cəfərov Fikrət Neymət oglu
Fikrət Cəfərov
Fikrət Cəfərov, 2006-cı il.
Doğum tarixi 4 dekabr 1956 (1956-12-04) (67 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1975–1979)

Haqqında məlumatlar

4 dekabr 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1974-cü ildə Şəki şəhər 11 №-li orta məktəbi bitirib.

1975 – 1979-cu illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

Hərbi xidmət

1979 – 1981ci illərdə hərbi xidmət borcunu zabit kimi yerinə yetirib.

Əmək fəaliyyəti

1982 – 1985-ci illərdə Şəki “Mebel” Firma mağazasının müdiri,

1985 – 1987-ci illərdə Şəki Rayon İstehlak Cəmiyyətinin sədr müavini,

1987 – 1989-cu illərdə Şəki Qarışıq Mallar Ticarəti İdarəsinin baş direktoru vəzifəsində çalışıb.

2000 – 2004-cü illərdə Şəki şəhər İcra Hakimiyyəti yanında Sahibkarlığın İnkişafına Yardım Mərkəzinin rəhbəri olub.

2005-ci ildən Şəki şəhər bələdiyyə sədrinin birinci müavini,

2010 – 2015-ci illərdə isə Şəki şəhər bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyi

1990-ci ildə Şəki Şəhər Xalq Deputatları Sovetinin deputatı,

2004-cü və 2009-cu illərdə Şəki Şəhər Bələdiyyəsinə üzv seçilib.

2014-cü il bələdiyyə seçkilərində də iştirak etmiş, lakin seçilməmişdir.

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Təltifləri

  • Azərbaycan Respublikası Həmkarlar İttifaqı Komitəsinin “Bələdiyyə bayrağı” döş nişanı – bələdiyyə işində səmərəli fəaliyyətinə görə (14.08.2012).

Ailəsi

Ailəlidir, dörd övladı var.

Ədəbiyyat

  1. "CƏFƏROV FİKRƏT NEYMƏT OĞLU". https://belediyye.io.ua/ (azərb.). “Şəki bələdiyyəsi” qəzetinin saytı. 3 Dec 2020 tarixində arxivləşdirilib.