Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Fikrət Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:43, 10 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Fikrət Məmmədov
Məmmədov Fikrət Fərrux oğlu
Fayl:Fikrət Mammadov.jpg
Fikrət Məmmədov, 2010-cu il.
bayraqAzərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədribayraq
2005
bayraqAzərbaycan Respublikası Ədliyyə Nazirliyibayraq
19 aprel 2000
Sələfi Südabə Həsənova
bayraqAzərbaycan Respublikasının baş prokurorunun müavinibayraq
1994 — 2000
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1955 (1955-07-01) (68 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Məmmədov Fərrux Məmməd oğlu
Anası Əliyeva Dilbər Əziz qızı
Partiya Bitərəf
Təhsili

1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsi (–1977)

Azərbaycan KP MK yanında Bakı Ali Partiya Məktəbi (−1988)
Təltifləri “Şöhrət” ordeni (Azərbaycan)Şablon:"Vətənə xidmətə görə" ordeni
"Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı
Commons-logo.svg Commonsda da Fikrət Məmmədov ilə əlaqəli mediafayllar var

Fikrət Məmmədov — Azərbaycan Respublikasının ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının əməkdar hüquqşünası. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xalası oğludur.

Haqqında məlumatlar

1955-ci ildə Bakıda anadan olub.

Təhsili

1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini,

1988-ci ildə Bakı Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirib.

İş yerləri

1977 – 1994-cü illərdə əvvəl rayon prokurorunun köməkçisi, sonra isə Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi, Azərbaycan KP MK inzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikasının Baş Prokurorluğunda hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru vəzifələrində çalışıb.

1994 – 2000-ci illərdə Azərbaycan Respublikasının baş prokurorunun müavini olub.

2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının ədliyyə naziridir.

2005-ci ildən Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədridir.

Beynəlxalq təşkilatlarda üzvlüyü

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.

Təltif və mükafatları

Ailəsi

Atası: Fərrux Məmməd oğlu Məmmədov, 1915-ci ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuş, 1997-ci ildə Bakıda vəfat etmişdir.

Anası: Dilbər Əziz qızı Əliyeva, görkəmli sovet partiya və dövlət xadimi Əziz Əliyevin qızı.

Evlidir, 4 övladı var;

Oğlu: Fariz Məmmədov Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvüdür. 1998 – 2002-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2003 – 2005-ci illərdə isə mülki hüquq üzrə magistr təhsili alıb. 2005-ci ildə təhsilini Fransada davam etdirib – Paris-Srbonn Universitetində(en) hüquqşünaslıq ixtisası üzrə magistr təhsili alıb.

Ədəbiyyat

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Fikrət Fərrux oğlu Məmmədov". justice.gov.az (azərb.). justice.gov.az. 7 Apr 2019 - 17 Dec 2019 tarixində arxivləşdirilib.
  2. Məmmədov Ə., Xalıqov F. Məmmədov Fərrux Məmməd oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 271 – 274. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  3. "Məşhurların övladları: Ədliyyə naziri Fikrət Məmmədovun vəkil oğlu". modern.az (azərb.). modern.az. 13 May 2018. 13 May 2018 – 11 Sep 2019 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə