Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Fikrət Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:32, 18 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Fikrət Məmmədov
Məmmədov Fikrət Fərrux oğlu
Fayl:Fikrət Mammadov.jpg
Fikrət Məmmədov
bayraqAzərbaycan Respublikasının
3-cü ədliyyə naziri
bayraq
19 aprel 2000 — Hal-hazırda
Sələfi Südabə Həsənova
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1955(1955-07-01)
Doğum yeri Bakı, Azərbaycan SSR
Partiya Bitərəf
Təltifləri “Şöhrət” ordeni (Azərbaycan)Şablon:"Vətənə xidmətə görə" ordeni
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"
Commons-logo.svg Commonsda da Fikrət Məmmədov ilə əlaqəli mediafayllar var

Fikrət Fərrux oğlu Məmmədov – Azərbaycan hüquqşünası və dövlət xadimi, hazırda Azərbaycan Respublikasının ədliyyə naziridir.

Həyatı və hüquqşünas kimi fəaliyyəti

O, 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Bakı sosial idarəetmə və politologiya institutu) bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir.

Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994-2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökümətlərdə F.Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Qeyd olunur ki, F.Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.

Təltifləri

Azərbaycan Respublikası ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə respublika Prezidentinin 30 iyun 2005-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, 30 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi üzrə səmərəli fəaliyyətinə və Məhkəmə-Hüquq Şurasının işinə əhəmiyyətli töhfəsinə görə ölkə başçısının 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasının əməkdar hüquqşünası» fəxri adına layiq bilinmişdir, Prokurorluğun fəxri işçisidir.

Həmçinin, dövlətimizin müxtəlif medalları ilə təltif olunmuş, beynəlxalq təşkilatların və xarici dövlətlərin medallarına və digər mükafatlarına layiq görülmüşdür.

Ailəsi

F.Məmmədov evlidir, 4 övladı var.[1]

İstinadlar