Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Fikrət Qafarov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:03, 23 iyul 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Fikrət Qafarov.
Qaffarov Fikrət Məmməd oğlu
Fikrət Qafarov.
Fikrət Qafarov
Doğum tarixi 23 iyul 1952 (1952-07-23) (72 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
İş yeri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, əl cərrahiyyəsi şöbəsi (şöbə rəhbəri)
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
Təhsili Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1969–1975)

Fikrət Qafarov — tanınmış həkim-travmatoloq, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun əl cərrahiyyəsi şöbəsinin rəhbəri.

Haqqında məlumatlar

23 iyul 1952-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1969-cu ildə Şəki şəhər 3 №-li orta məktəbini bitirib.

1969 – 1975-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti

1984-cü ildə “Əlin və barmaqların bükücü vətərlərinin ilkin təxirəsalınan tikişi” mövzusu üzrə namizədlik,

1993-cü ildə “Yuxarı ətrafların ağır müştərək zədələnmələri və onların fəsadlarında bir mərhələdə aparılan kombinə edilmiş cərrahi əməliyyatlar” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Dünyanın bir çox ölkələrində 100-dən çox çap olunmuş elmi işlərin, 8 ixtiranın, 20-dən çox səmərələşdirici təklifin müəllifidir.

Əmək fəaliyyəti

1975-ci ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda işləyir; o cümlədən, bir müddət plastik cərrahiyyə şöbəsinin, sonra isə əl cərrahiyyəsi şöbəsinin rəhbəri olub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Qafarov Fikrət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 324-325. — 1.000 nüsx.
  2. Mete Ə. Tibb elmləri doktoru və namizədi olan həkimlər haqda qısa məlumat // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 369. — 500 nüsx.