Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Firəngiz Əsgərzadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 08:40, 23 noyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Firəngiz Əsgərzadə
Əsgərzadə Firəngiz Saleh qızı
Firəngiz Əsgərzadə
Doğum tarixi 24 noyabr 1937 (1937-11-24) (86 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Saleh Əsgərzadə
Anası Həmidə Əsgərzadə
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Neft və Kimya İnstitutu, İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsi

Firəngiz Əsgərzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq əməkdaşı, neft sənayesi sahəsində böyük mühəndis və şöbə müdiri vəzifəsində çalışmış az sayda qadın kadrlardan biri, Şəki Regional Elmi Mərkəzin sabiq elmi işçisi, elmi-texniki və ədəbi ədəbiyyatın azərbaycancadan ruscaya, həmçinin ruscadan azərbaycancaya peşəkar tərcüməçisi.

Həyat və fəaliyyəti

“Qribiyedov və Şərq” kitabının üz qabığı; Tərcümə və tərtib edəni: Firəngiz Saleh qızı Əsgərzadə.

1937-ci ildə Bakıda pedaqoq ailəsində anadan olub. 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirib. 1963-cü ildən Xəzər Dəniz Neft İstehsalat Birliyində mühəndis, 1992-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində böyük mühəndis (1992-1993-cü illərdə şöbə müdiri) işləyib. 2004-cü ildə başqa ölkəyə yaşamağa getməsi ilə əlaqədar öz xahişi işdən çıxmışdır.

Firəngiz Əsgərzadənin tərcüməçi olduğu və 2017-ci ildə çap olunmuş “Geokimya üzrə sorğu kitabı”nın üz qabığı.

Altı il Kanadada – orada yaşamaqda olan oğlunun yanında yaşayarkən, ədəbi yaradıcılıqla – tərcümə işi ilə məşğul olub. İlk öncə ABŞ-da yaşayan keçmiş iş yoldaşı E.B.Karaşın Sovet Azərbaycanının neft sənayesinə aid roman və povestlərini ruscadan azərbaycancaya çevirib. Sonra Hüseynqulu Sarabskinin “Köhnə Bakı” povestini azərbaycancadan ruscaya tərcümə edib. 2011-ci ildə Kanadadan Bakıya dönür, bir il sonra – 2012-ci ildə isə ata-baba yurdu olan Şəkiyə köçür. Şəkidə yaşayarkən, Şəki Regional Elmi Mərkəzi ilə elmi əməkdaşlıq edir. Onun peşəkar tərcümə işləri Şəki Regional Elmi Mərkəzi rəhbərliyinin diqqətindən kənarda qalmır, nəticədə Elmi Mərkəzə işə götürülür və 2015-2016-cı illərdə burada elmi fəaliyyətlə, o cümlədən, elmi-texniki, həmçinin bədii ədəbiyyatın tərcüməsi işi ilə məşğul olur.

Ailəsi

  • Atası: Saleh Əsgərzadə – Nuxadan Bakıya köçənlərdən idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 36 il riyaziyyat müəllimi işləyib. Mövsüm Salamovun böyük qardaşı olub.
  • Anası: Həmidə Əsgərova – Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin məzunu idi. Ədəbiyyat müəllimi olub – Bakı kəndlərində qadın savadsızlığının ləğv olunmasında fəal iştirak edib. Bir çox görkəmli ziyalının, o cümlədən, xalq yazıçısı İlyas Əfəndiyevin müəllimi olub.
  • Bacı-qardaşları: Ruhəngiz və Nərgiz adlı iki bacısı, Çingiz və Pərviz adlı iki qardaşı olub. Pərviz ailənin sonuncu övladı olsa da çox erkən yaşlarında, hələ aspiranturada təhsil alarkən dünyasını dəyişib.
  • Evladları: Mehriban Abdullayeva, 1960-cı il təvəllüdlü, memardır. Mais Abdullayev, 1964-cü il təvəllüdlü, mühəndis-geofizik. Hal-hazırda hər ikisi Kanadada yaşamaqdadırlar.
  • Nəvə-nəticələri: üç nəvəsi, bir nəticəsi var.

Tərcümələrindən və məqalələrindən nümunələr (mətn)

Şablon:Yaxşı məqalə