Firəngiz Əsgərzadə

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Firəngiz Əsgərzadə
Əsgərzadə Firəngiz Saleh qızı
Firəngiz Əsgərzadə
Firəngiz Əsgərzadə, 20 Fevral 2017-ci il.
Anadan olub 24 noyabr 1937 (1937-11-24) (87 yaş)
Anadan olduğu yer Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Atası Saleh Əsgərzadə
Anası Həmidə Əsgərzadə
Vətəndaşlıq SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Neft və Kimya İnstitutu, istehsal proseslərinin avtomatlaşdırılması fakültəsi (–1962)

Firəngiz Əsgərzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq əməkdaşı, neft sənayesi sahəsində böyük mühəndis və şöbə müdiri vəzifəsində çalışmış az sayda qadın kadrlardan biri, Şəki Regional Elmi Mərkəzin sabiq elmi işçisi, elmi-texniki və ədəbi ədəbiyyatın azərbaycancadan ruscaya, həmçinin ruscadan azərbaycancaya peşəkar tərcüməçisi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

“Qribiyedov və Şərq” kitabının üz qabığı; Tərcümə və tərtib edəni: Firəngiz Saleh qızı Əsgərzadə.

24 noyabr 1937-ci il tarixdə Bakıda – pedaqoq ailəsində, anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1963-cü ildən Xəzər Dəniz Neft İstehsalat Birliyində mühəndis,

1992-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində böyük mühəndis (1992-1993-cü illərdə şöbə müdiri) işləyib.

2004-cü ildə başqa ölkəyə yaşamağa getməsi ilə əlaqədar öz xahişi işdən çıxıb.

2015 – 2016-cı illərdə AMEA Şəki Regional Elmi Mərkəzində işləyib.

Firəngiz Əsgərzadənin tərcüməçi olduğu və 2017-ci ildə çap olunmuş “Geokimya üzrə sorğu kitabı”nın üz qabığı.

Ədəbi və digər fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Altı il Kanadada – orada yaşamaqda olan oğlunun yanında yaşayarkən, ədəbi yaradıcılıqla – tərcümə işi ilə məşğul olub. İlk öncə ABŞ-da yaşayan keçmiş iş yoldaşı E.B.Karaşın Sovet Azərbaycanının neft sənayesinə aid roman və povestlərini (Dəniz, Prokurorla görüş) ruscadan azərbaycancaya çevirib. Sonra Hüseynqulu Sarabskinin “Köhnə Bakı” povestini azərbaycancadan ruscaya tərcümə edib.

2011-ci ildə Kanadadan Bakıya dönüb, bir il sonra – 2012-ci ildə isə ata-baba yurdu olan Şəkiyə köçüb.

Şəkidə yaşayarkən, Şəki Regional Elmi Mərkəzi ilə elmi əməkdaşlıq edib və Elmi Mərkəzə işə götürülüb; Şəki Regional Elmi Mərkəzində elmi fəaliyyətlə, o cümlədən, elmi-texniki, həmçinin bədii ədəbiyyatın tərcüməsi işi ilə məşğul olub.

Tərcümələrindən və məqalələrindən nümunələr (mətn)[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

  • Atası: Saleh Əsgərzadə – Nuxadan Bakıya köçənlərdən idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 36 il riyaziyyat müəllimi işləyib. Mövsüm Salamovun böyük qardaşı olub.
  • Anası: Həmidə Əsgərova – Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin məzunu idi. Ədəbiyyat müəllimi olub – Bakı kəndlərində qadın savadsızlığının ləğv olunmasında fəal iştirak edib. Bir çox görkəmli ziyalının, o cümlədən, xalq yazıçısı İlyas Əfəndiyevin müəllimi olub.
  • Bacı-qardaşları: Ruhəngiz və Nərgiz adlı iki bacısı, Çingiz və Pərviz adlı iki qardaşı olub. Pərviz ailənin sonuncu övladı olsa da çox erkən yaşlarında, hələ aspiranturada təhsil alarkən dünyasını dəyişib.
  • Övladları: Mehriban Abdullayeva, 1960-cı il təvəllüdlüdür, memardır. Mais Abdullayev, 1964-cü il təvəllüdlüdür, mühəndis-geofizik. Hal-hazırda hər ikisi Kanadada yaşamaqdadırlar.
  • Nəvə-nəticələri: üç nəvəsi, bir nəticəsi var.