Fuad Əbdürrəhmanov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 18:32, 5 iyun 2021 tarixli redaktə
Fuad Əbdürrəhmanov
Fuad Əbdürrəhmanov Fuad Həsən oğlu
Fuad Əbdürrəhmanov
Fuad Əbdürrəhmanov.
Doğum tarixi 11 may 1915(1915-05-11)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 15 iyun 1971 (56 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Mükafatları Stalin mükafatı — 1947Stalin mükafatı — 1951
"Şərəf Nişanı" ordeni"Şərəf Nişanı" ordeni"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Commonsda da Fuad Əbdürrəhmanov ilə əlaqəli mediafayllar var

Fuad Əbdürrəhmanov (1915–1971) — görkəmli heykəltəraş-monumentalist, rəssam, ikiqat Stalin mükafatı laureatı, Azərbaycan SSR xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü.

Haqqında məlumatlar

Fayl:Abdurahmanovs.jpg
Fuad Əbdürəhmanov ailəsi ilə birlikdə (1923, Nuxa).

11 may 1915-ci il tarixdə Nuxada (indiki Şəki), dövlət məmurunun ailəsində anadan olub.

1929-cu ildə ailəsi ilə birlikdə əvvəlcə Yevlaxa, az sonra isə Bakıya köçüb.

Təhsili

1929 – 1932-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda,

1935 – 1940-ci illərdə isə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1942 – 1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib.

Yaradıcılığı

Fuad Əbdürrəhmanovun xatirə lövhəsi (Bakı)

Yaradıcılığa portret janrı ilə başlayıb.

XX əsrin 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin “Oxçu” (1934), “Gənc aşıq” (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaradıb. Sovet İttifaqı qəhrəmanları G.Əsədovun, İ.Məmmədovun, Q.Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H.Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun dərin psixologizmi və ifadəliliyi ilə seçilən barelyeflərini hazırlayıb.

Obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnən Səttar Bəhlulzadə (1947), R.Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B.Bağırova (1951), Səməd Vurğun (1957), Kubalı Xesus (1962) və başqa portretlərin müəllifidir.

Yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutub; Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S.Dadaşov və M.Hüseynov), Bakıda S.Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M.Hüseynov) və s. əsərləri Azərbaycan sovet monumental heykəltəraşlığının ən yaxşı nümunələrindən hesab olunur.

1950 – 1960-cı illərdə milli xüsusiyyətlərlə zəngin olan “Çoban” (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc , 1951, Tretyakov qalereyası, Moskva), “Azərbaycanlı qadın” (gips, 1951), “Azadlıq” (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), “Azad qadın” (tunc, qranit, 1960, memar M.Hüseynov) və s. əsərlərini yaradıb.

Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X.Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S.Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rüdəkinin (tunc, qranit, 1964, memar M.Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H.Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova bütün dünyada şöhrət qazandırıb. Ömrünün son illərində Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M.Hüseynov) yaratmışdır.

Əsərləri

Təltif və mükafatları

Vəfatı

15 iyun 1971-ci il tarixdə – 56 yaşında, Bakıda vəfat edib. Bakıda – Birinci Fəxri Xiyabanda dəfn olunub.

Ədəbiyyat

  1. ƏBDÜRRƏHMANOV Fuad Hәsәn // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI  c. — Səh. ?. — ISBN 978-9952-441-11-6.
  2. Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Fuad // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 111-112. — 1.000 nüsx.
  3. "Абдурахманов Фуад Гасан оглы - скульптор".
  4. "Абдурахманов Фуад Гасан Оглы".
  5. "АБДУРАХМАНОВ ФУАД ГАСАН ОГЛЫ". azerbaijanworld.com. 2012-04-26 tarixində orijinalından arxivləşdirilib.
  6. Наджафов М. Ф. Абдурахманов. — М., 1955.
  7. Новрузова Дж. Фуад Абдурахманов. — Баку, 2004.
  8. Большая советская энциклопедия. — М., 1977.
  9. Большой энциклопедический словарь (БЭС). — М., 1979.
  10. Большая художественная энциклопедия. — М., 2009.
  11. Культура Советского Азербайджана. — Баку: Азербайджанское гос. изд-во, 1980. — С. 89. — 180 с.

Həmçinin, bax:

Şablon:Yaxşı məqalə