Fuad Axundov — beynəlxalq səviyyədə tanınmış iş adamı, Türkiyədə tikilməkdə olan “Akkuyu” Atom Elektrik Stansiyasının baş direktoru, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri.

Fuad Axundov
Axundov Fuad Namiq oğlu
rus.: Ахундов Фуад Намикович
Fuad Axundov
Fuad Axundov.
Doğum tarixi 12 may 1966 (1966-05-12) (57 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Fərəh
Atası Sadıq
Anası Minayə
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan→Flag of Russia.svg Rusiya
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu, mühəndis-ekonomist ixtisası

Haqqında məlumatlar

12 may 1966-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunu mühəndis-ekonomist ixtisası üzrə bitirib. Texas Universitetində MBA (ing. Master of Business Administration) kursu keçib. Həmçinin, Yaponiya Beynəlxalq Maliyyə Mərkəzinin və Beynəlxalq Valyuta Fondu nəzdində Birləşmiş Vyana İnstitutunun diplomlarını alıb.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə SSRİ Müdafiə Nazirliyinin Xüsusi Tikinti Baş İdarəsi sistemində texnik işləməklə başlayıb, sonra orada Normativ-Tədqiqat Stansiyasının rəisi vəzifəsinədək yüksəlib.

1991-ci ildən Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində və Azərbaycan Respublikasının Prezident aparatında müxtəlif vəzifələrdə çalışıb.

1993-cü ildən Azərbaycan Milli Bankının İdarə Heyəti sədrinin müavini,

1995 – 2001-ci illərdə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri olub.

2001-ci ildən əmək fəaliyyətini Rusiya Federasiyasında davam etdirib; o cümlədən,

2001 – 2003-ci illərdə “NİKoyl” (rus.: НИКойл) İnvestisiya Bank Qrupunun icraçı direktoru, birinci vitse-prezidenti,

2003 – 2006-cl illərdə “Bank Uralsib” (rus.: Банк Уралсиб) ASC-nin prezidenti,

2006-cı ildən özünün yaratdığı “Birləşmiş Kapital” (rus.: Объединенный Капитал) İnvestisiya Qrupunun rəhbəri və London “Silkroutefinancial” Fondunun Müşahidə Şurasının üzvü,

2012-ci ildən “Uralsib Esset Menecment” (rus.: Уралсиб Эссет Менеджмент) İdarəetmə Şirkəti direktorlar şurasının sədri və “ZNAK” (rus.: ЗНАК) ASC-nin baş direktoru vəzifəsində çalışıb.

1 aprel 2014-cü il tarixdən “Akkuyu” Atom Elektrik Stansiyasının baş direktorudur (bu AES Rusiya Federasiyasının “Rosatom” (rus.: Росатом) Dövlət Korporasiyasının Türkiyə törəməsi olan “Akkuyu Nükleer” ASC tərəfindən Türkiyənin Mersin ilinin Gülnar ilçəsində tikilməkdədir).

Ailəsi

Atası Namiq Axundov vaxtilə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun dosenti olub. Onun atası Sadıq Axundov lənkəranlı idi və sovet dövründə Bakıda həkim işləmişdi. Anası Xanım Axundova isə şəkili idi və sovet dövründə Bakının Oktyabr (indiki Yasamal) rayonunda xalq məhkəməsinin sədri olmuşdu.

Fuad Axundovun bacısı Nigar Axundova Azərbaycan Tibb Universitetinin ginekologiya kafedrasında çalışır və tanınmış ginekoloqdur.

Ədəbiyyat

  1. Ахундов Фуад Намикович : [arx. 3 Aug 2014 - 5 Feb 2023] : [rus.] // Научно-деловой портал «Атомная энергия 2.0». — Müraciət tarixi: 13.12.2023.