Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı

Fuad Axundov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:F{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlər {{Şəxs |adı...' ilə yarat) tərəfindən edilmiş 05:47, 5 dekabr 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Fuad Axundov
Axundov Fuad Mirəli oğlu
Doğum tarixi 1934(1934-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat tarixi 1999(1999-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Mirəli Axundov

Axundov Fuad Mirəli oğlu — H. Zərdabi adına Təbiət-Tarix Muzeyinin direktoru, biologiya elmləri namizədi.[1].

Həyatı[redaktə | HTML redaktə]

F.M.Axundovun paleontologiya elminə olan marağı və təşkilatçılıq bacarığı onu laborantdan muzey müdiri (1970-1999) vəzifəsinə kimi yüksəltdi. Fuad müəllimin elmi fəaliyyətinin əsas istiqaməti kürəkayaqlıların tədqiqinə yönəldilmişdir. Bu mövzuda da elmi əsərlərin nəşrinə nail olmuşdur. O, 1967-ci ildə suitilərin yeni yarımfəslinin nümayəndələri mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdi. Təsvir olunan yeni taksonomik ranq dünya onurğalılar faunasına həsr olunan fundamental kataloqda öz əksini tapmışdır. O, kürəkayaqlıların əmələ gəlməsi, filogeniyası, yayılması, müxtəlif geoloji mərhələlərdə komplekslərinin dəyişilməsi, stratiqrafik korrelyasiyada istifadə olunması və s. məsələləri tədqiq etmişdir. F.M.Axundov 20-dən artıq elmi məqalə, elmi-tədqiqat hesabatının müəllifidir.

Fuad Axundov muzey sahəsini yaxşı bilən yüksək ixtisaslı mütəxəssisdir. Muzeyi yeni eksponatlarla zənginləşdirmək, ekspozisiyaları sistemləşdirmək və dünya muzeylərinin tələblərinə uyğun səviyyəyə qaldırmaqda səmərəli fəaliyyət göstərmişdir. O, çox prinsipial, özünə və ətrafdakılara qarşı tələbkar rəhbər, alim və ziyalı idi. Fuad Mirəli oğlu Axundov 1999-cu il aprel ayının 10-da vəfat etmişdir.[2].

İstinadlar[redaktə | HTML redaktə]