Göynük rayonu

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Göynük rayonu
inzibati ərazi
İnzibati  mərkəz: Aşağı Göynük
Yaranma  tarixi: 25 yanvar 1930(1930-01-25)
Ləğv  olunma  tarixi: 1 fevral 1931
(1 il mövcud olub) 372 gün mövcud olub
Yerləşirdi: Azərbaycan SSR, ZSFSR, SSRİ
Xəritədə
Nuxa qəzasının 1902-ci il xəritəsində göstərilən I dairənin ərazisi 1930-c ildə yaranmış Göynük rayonunun ərazisinə uyğun az-çox gəlir.

Göynük rayonu — Azərbaycan ərazisində 1930 – 1931-ci illərdə mövcud olmuş inzibati ərazi. Əvvəl ikinci dərəcəli, sonra isə birinci dərəcəli inzibati ərazi idi. 8 kənd sovetliyindən və cəmi 28 kənddən ibarət olub. İnzibati mərkəzi Aşağı Göynük kəndi idi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

25 yanvar 1930-cu il tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Zaqatala-Şəki mahalının ləğv edilməsi və yerində Zaqatala və Nuxa okruqlarının təşkil edilməsi zamanı Nuxa okruqunun tərkibində ikinci dərəcəli inzibati ərazi olaraq yaradılmışdı. Nuxa okruqunun Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə ləğv edilməsindən sonra isə bu okruqun tərkibindəki digər ikinci dərəcəli inzibati ərazilər kimi birinci dərəcəli inzibati əraziyə çevrildi. Lakin 1931-ci ilin fevralında ləğv olundu və ərazisi eyni tarixdə yaradılmış Nuxa rayonunun tərkibinə verildi. Lakin həmin ilin 5 oktyabr tarixli “Şəki fəhləsi” qəzetində o vaxta qədər rayonun hələ ləğv edilmədiyi görünür. Bununla yanaşı, 22 yanvar tarixli “Şəki fəhləsi” qəzetində vaxtilə Göynük rayonunun tərkibində olmuş Kiş, Oxud, BaltalıQoxmuq kəndlərinin həmin vaxt artıq Nuxa şəhər sovetliyinin ərazisində olduğu qeyd edilmişdir.

Tərkibindəki kənd sovetlikləri və kəndlərin siyahısı[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Oxud:
    1. Oxud,
    2. Kiş,
    3. Qaynar.
  2. Qoxmuq:
    1. Qoxmuq,
    2. Qarabulaq,
    3. Kiş Qışlaq,
    4. Baltalı.
  3. Qaradağlı:
    1. Qaradağlı,
    2. Babaratma,
    3. Qudula,
    4. Bağçalı,
    5. Bastamlı.
  4. Aşağı Şabalıd:
    1. Aşağı Şabalıd,
    2. İnçə,
    3. Zunud,
    4. Baş Şabalıd.
  5. Baş Göynük:
    1. Baş Göynük.
  6. Baş Layısqı:
    1. Baş Layısqı,
    2. Şin,
    3. Cunud 1,
    4. Cunud 2.
  7. Biləcik:
    1. Birinci Biləcik,
    2. İkinci Biləcik,
    3. Baqqallı.
  8. Aşağı Göyünük:
    1. Aşağı Göynük.
    2. Abbas,
    3. Köndələn,
    4. Daşüz.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
  2. // Şəki fəhləsi : qəzet. — Nuxa, 1931. — В. 22 yanvar. — № 4 (813).
  3. // Şəki fəhləsi : qəzet. — Nuxa, 1931. — В. oktyabr. — № 45 (904).
  4. İnzibati-ərazi vahidləri : I. İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat : [arx. 17 Jun 2012 - 26 Jun 2022] // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. — Müraciət tarixi: 11.07.2022.