Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Gülnarə Məmmədova

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:51, 11 may 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Gülnarə Məmmədova
Məmmədova (Əfəndiyeva) Gülnarə Nurməmməd qızı
Gülnarə Məmmədova
Gülnarə Məmmədova.
Anadan olub 11 may 1960 (1960-05-11) (64 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Nurməmməd Əfəndiyev
Anası Tahirə Muxtarova
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu, müalicə profilaktika fakültəsi (1977–1982)

 • Oftalmologiya üzrə internatura (–1983)
Adının digər versiyaları Gulnare Memmedova, Gulnara Memmedova, Gulnare Mammadova, Gulnara Mammadova, Гульнаре Мамедова, Гулнаре Мамедова, Ҝүлнарә Мәммәдова
facebook səhifəsi

Gülnarə Məmmədova — Şəki Rayon Mərkəzi Xəstəxanasının göz xəstəlikləri şöbəsinin və Şəkidəki “Bonum Medical” klinikasının oftalmoloqu.

Haqqında məlumatlar

11 may 1960-cı il tarixdə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub.

Təhsili

1977-ci ildə Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbi bitirib.

1977 – 1982-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə profilaktika fakültəsində təhsil alıb.

1983-cü ildə oftalmologiya üzrə internaturanı bitirib.

Əmək fəaliyyəti

1983-cü ildən Şəki Rayonlararası Göz Xəstəxanasında işə başlayıb, o cümlədən,

1993 – 2010-cu illərdə həmin xəstəxananın baş həkimi,

2010 – 2020-ci illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının göz xəstəlikləri şöbəsinin (2010-cu ildən əvvəlki göz xəstəxanası Şəki Rayon Mərkəzi Xəstəxanasının şöbəsi olaraq fəaliyyət göstərir) müdiri olub.

2020-ci ildən Şəki Rayon Mərkəzi Xəstəxanasının göz xəstəlikləri şöbəsində və Şəkidəki “Bonum Medical” klinikasında oftalmoloq kimi əmək fəaliyyətini davam etdirir.

Ailəsi

Atası Nurməmməd Əfəndiyev tanınmış həkim-epidemioloq olmuş, uzun müddət Şəki Şəhər Sanitar-Epidemioloji Stansiyasının baş həkimi vəzifəsində çalışmışdır.
Anası Tahirə Muxtarova hüquqşünas idi, Aqropromda baş hüquqşünas olub.
Həyat yoldaşı Seyran Məmmədov Şəkidə subartezian idarəsində baş mühəndisdir.
Oğlu Zaur Məmmədov “Expressbank”ın Yasamal rayon filialının rəhbəridir.
Qızı Çinarə Məcidova oftalmoloqdur və Zaqatalada “Lens Medikal” klinikasında işləyir.