Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Gülnarə Nəbibəyova

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya: G{{Alim |Adı = Gülnarə Nəbibəyova |Piktoqram = riyaziyyat |Orijinal adı = Gülnarə Çingiz qızı Nəbibəyo...' ilə yarat) tərəfindən edilmiş 17:15, 19 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Gülnarə Nəbibəyova
Gülnarə Çingiz qızı Nəbibəyova
Gülnarə Nəbibəyova
Doğum tarixi 13 iyun 1957 (1957-06-13) (66 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Bakı şəhəri
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi Fizika-riyaziyyat
İş yeri AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri
Elmi dərəcəsi Texnika üzrə fəlsəfə doktoru

Gülnarə Nəbibəyova — texnika üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, məşhur Nəbibəyovlar soyunun nümayəndəsi.

Həyatı

Gülnarə Nəbibəyova 1957-ci il iyun ayının 13-də Bakıda ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universitetinin) “Mexanika-riyaziyyat” fakültəsini bitirib.

Əmək fəaliyyəti

Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda proqramçı vəzifəsinə qəbul olunmuşdur. Sonra AEA AİS şöbəsində böyük mühəndis, daha sonra isə aparıcı mühəndis vəzifələrində işləmişdir. Burada avtomatlaşdırılmış idarə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuşdur. AİS şöbəsində çalışarkən “ETM pasportları”, TPAİS və digər sistemlərin proqram təminatının yaradılmasında iştirak etmişdir. Hazırda şöbə müdiri vəzifəsində çalışır.

Elmi nailiyyətləri

İnformasiya texnologiyaları istiqamətində analitik informasiya və veb-texnologiyaların problemləri ilə bağlı elmi-nəzəri və praktiki işləri görmüş: xarici siyasət sahəsində qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənməsi üzrə tədqiqatlar və bununla bağlı Verilənlər anbarı, OLAP və Data Mining texnologiyaları üzrə araşdırmalar aparmışdır.

2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Elektron dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi" mövzusunda dissertasiya işini müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində veb-infrastrukturun və onun əhatə etdiyi veb-saytların yaradılması ilə bağlı elmi-metodiki dəstəyi həyata keçirir. AMEA www.science.az portalının yeni versiyasının və AMEA İnformasiya Texnologiyaları İnstitutunun www.ict.az saytının layihəsinin yaradıcılarından biridir. Hazırda AMEA-nın www.science.az rəsmi veb-portalı və institutun www.ict.az saytına texnoloji dəstək onun rəhbərliyi ilə həyata keçirilir.

20-dən çox elmi məqalənin müəllifidir.

Mükafatları

  • 2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.
  • 2017-ci ildə institutun Fəxri Fərmanı ilə təltif olunub.

İstifadə olunmuş mənbə

  1. AMEA İnformasiya Texnologiyaları İnstitutu (20019). "Gülnarə Nəbibəyova" (azərb.). ict.az. 17.02.2019 tarixində arxivləşdirilib.

Elmi əsərləri

Həmçinin bax


Şablon:Yaxşı məqalə