Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Gülyanaq Məmmədova

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:15, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Gülyanaq Məmmədova
Məmmədova Gülyanaq Zakir qızı
Gülyanaq Məmmədova
Gülyanaq Məmmədova, 2015-ci il
Şəxsi məlumatlar
Doğum tarixi 10 iyun 1973 (1973-06-10) (50 yaş)
Doğum yeri Böyük Dəhnə, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Peşəsi Müğənni

Təhsili
  • A.Zeynallı adına Bakı Musiqi Məktəbi, muğam şöbəsi (1992 – 1996)
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti musiqili teatr və kino aktyoru fakültəsi (musiqili teatr və kino aktyoru fakültəsi, bakavriatura, 1996 – 2000; mistratura 2000 – 2002)
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2014 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1998

Gülyanaq Məmmədova (Məmmədova Gülyanaq Zakir qızı; d.  10 iyun 1973-cü il, Böyük Dəhnə, Şəki rayonu, Azərbaycan SSRİ, SSRİ) – müğənni, Azərbaycan Respublikasının xalq artisti.

Haqqında məlumatlar

1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub.

1980 – 1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə,

1992 – 1996-cı illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbinin muğam şöbəsində,

1996 – 2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr (musiqili teatr və kino aktyoru fakültəsi),

2000 – 2002-ci illərdə magistr təhsili alıb.

1990 – 1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib.

1993-cü ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır.

Azərbaycanın xalq artisti, müğənni Gülyaz Məmmədovanın bacısıdır.

Mükafatları

  • Azərbaycan Respublikasının Əməkdar Artisti – 1998;
  • Azərbaycan Respublikası Prezidentinin mükafatı – 2012;
  • Azərbaycan Respublikasının Xalq Artisti — 2014[1].

Filmoqrafiya

  1. az:Nəriman Əliyev (film, 2005)
  2. az:Bəylik dərsi (film, 2007)

İstinadlar

  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (azərb.). president.az. 18 dekabr 2014, 19:00. İstifadə tarixi: 2014-12-24.

Şablon:Yaxşı məqalə