Gülyaz Məmmədova

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Gülyaz Məmmədova
Məmmədova Gülyaz Zakir qızı
Gülyaz Məmmədova
Gülyaz Məmmədova, 2008-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1970 (1970-05-01) (53 yaş)
Doğum yeri Böyük Dəhnə, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Uşağı Ramazan

Təhsili

 • A.Zeynallı adına Musiqi Texnikumu (1988–1992)

 • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, musiqi sənəti fakültəsi (2002–2008)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1998 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2014
facebook səhifəsi

Gülyaz Məmmədova — tanınmış müğənni, Azərbaycan Respublikasının xalq artisti. Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədovanın böyük bacısıdır.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

1 may 1970-ci il tarixdə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1977 – 1987-cı illərdə Böyük Dəhnə kənd 1 №-li orta məktəbində,

1988 – 1992-cı illərdə A.Zeynallı adına Musiqi Texnikumunda,

2002 – 2008-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsində (solo oxu (xanəndəlik) ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1991 – 2014-cü illərdə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti olub.

1992-ci ildən Azərbaycan Milli Opera və Balet Teatrının  solistidir.

İkinci iş yerləri[Vizual redaktə | HTML redaktə]

1997-ci ildən Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi Kollecində dərs deyir.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Filmoqrafiya[Vizual redaktə | HTML redaktə]

  1. Bəylik dərsi (film, 2007) – vokal ifaçısı.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Mete Ə. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 524-526. — 500 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Məmmədova Gülyaz // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 266. — 600 nüsx. — ISBN 5-8066-1708-4.