Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Günel Məmmədli

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:15, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Günel Məmmədli
Məmmədli Günel Ələsgər qızı
Günel Məmmədli
Günel Məmmədli, 2019-cu il
Doğum tarixi 27 iyul 1990 (1990-07-27) (33 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, modelyer-rəssamlıq fakültəsi ( bakalavriatura, 2008 – 2012), Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, modelyer-rəssamlıq fakültəsi (magistratura, 2015 – 2017)

Günel Məmmədli (Məmmədli Günel Ələsgər qızı; d.  27 iyin 1990-cı il, Şəki, Azərbaycan SSR, SSRİ) – magistr təhsilli modelyer-rəssam, Şəki Dövlət Dram Teatrının geyim üzrə rəssamı (2013-cü ildən).

Haqqında məlumatlar

1990-cu ildə Şəkidə anadan olub.

2000-ci ildən Fuad Əbdürəhmanov adına 1 saylı Şəki Uşaq İncəsənət Məktəbində rəssamlığın sirlərini öyrənməyə başlayıb.

2007-ci ildə Şəki şəhər fizika və riyaziyyat humanitar təmayüllü liseyi bitirib.

2008 – 2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin modelyer-rəssamlıq fakültəsində bakalavr,

2015 – 2017-cı ıllərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında modelyer-rəssam ixtisası üzrə magistr təhsili alıb.

2010-cu ildən Gənc Rəssamlar İttıfaqının üzvüdür.

Bir cox sərgilərdə, moda festivallarında iştirak edib, fəxri fərman, dıplom və s. ilə mükafatlanıb.

Şəki ipəyindən hazırladığı geyım kolleksıyasında Xan sarayının dıvar motivlərindən, şəbəkədən və batika janrından istifadə edir.

2012-ci ildə Gənclər və İdman Nazırlıyı tərəfindən təşkil olunan beynəlxalq moda sərgisində “Xan Sarayı” adlı kolleksıyası ilə “bədii ideyanın orijınallığı” nominasıyasının qalibi olub.

2012 – 2013-cü illərdə Bakının moda evlərındə çalişıb, “One2One” reklam şirkəti ilə əməkdaşlıq edib.

2013-cü ıldən Şəki Dövlət Dram Teatrında geyim üzrə rəssam işləməyə başlayıb, “Davul səsi”, “Oğru”, “Çələbi xana Qızılqaya xəyanəti” və bır sıra başqa tamasalar üçün geyım nümunələrini hazırlayıb.

Şəki Dövlət Dram Teatrında geyim üzrə rəssam olmaqla yanaşı, həm də “Ye.S” Modalar evində modelyer-dizayner vəzifəsində calişır.

2018-cı ildə işlədıyi Moda evındə hazırladığı “Gecə libasları” adlı kolleksıyası ılə Parısdə (Fransa) keçırılən moda həftəliyində iştirak edib.

Yaradıcılığından nümunələr

Şablon:Yaxşı məqalə