Günel Məmmədli — modelyer-rəssam, Şəki Dövlət Dram Teatrının geyim üzrə rəssamı.

Günel Məmmədli
Məmmədli Günel Ələsgər qızı
Günel Məmmədli
Günel Məmmədli, 2019-cu il.
Doğum tarixi 27 iyul 1990 (1990-07-27) (33 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, modelyer-rəssamlıq fakültəsi, bakalavriat (2008–2012),

 • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, modelyer-rəssamlıq fakültəsi, magistratura ( 2015–2017)
facebook səhifəsi

Haqqında məlumatlar

27 iyul 1990-cu il tarixdə Şəkidə anadan olub.

Təhsili

2000-ci ildən Fuad Əbdürrəhmanov adına 1 saylı Şəki Uşaq İncəsənət Məktəbində rəssamlıq öyrənib.

2007-ci ildə Şəki şəhər fizika və riyaziyyat humanitar təmayüllü liseyi bitirib.

2008 – 2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin modelyer-rəssamlıq fakültəsində,

2015 – 2017-cı illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistraturasında ​təhsili alıb.

Əmək fəaliyyəti

2012 – 2013-cü illərdə Bakının moda evlərində çalışıb, “One2One” reklam şirkəti ilə əməkdaşlıq edib.

2013-cü ildən Şəki Dövlət Dram Teatrında geyim üzrə rəssam işləməyə başlayıb.

Şəki Dövlət Dram Teatrında geyim üzrə rəssam olmaqla yanaşı, həm də “Ye.S” Modalar evində modelyer-dizayner vəzifəsində çalışır.

Yaradıcılıq fəaliyyəti

2010-cu ildən Gənc Rəssamlar İttifaqının üzvüdür.

Şəki ipəyindən hazırladığı geyim kolleksiyasında Xan sarayının divar motivlərindən, şəbəkədən və batika janrından istifadə edir.

Bir çox moda sərgilərinin və moda festivallarının iştirakçısıdır, o cümlədən,

2018-cı ildə Parisdə (Fransa) keçirilən moda həftəliyində işlədiyi Moda evində hazırladığı “Gecə libasları” adlı kolleksiyası ilə iştirak edib.

Təltif və mükafatları

2012-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan beynəlxalq moda sərgisində “Xan Sarayı” adlı kolleksiyası ilə “bədii ideyanın orijinallığı” nominasiyasının qalibi olub.

Yaradıcılığından nümunələr