Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Gülyanaq Məmmədova

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:45, 11 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Gülyanaq Məmmədova
Məmmədova Gülyanaq Zakir qızı
Gülyanaq Məmmədova
Gülyanaq Məmmədova, 2015-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 10 iyun 1973 (1973-06-10) (50 yaş)
Doğum yeri Böyük Dəhnə, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Peşəsi Müğənni

Təhsili
  • A.Zeynallı adına Bakı Musiqi Məktəbi, muğam şöbəsi (1992 – 1996)
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, musiqili teatr və kino aktyoru fakültəsi (bakavriat, 1996–2000; magistratura, 2000–2002)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1998"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2014

Gülyanaq Məmmədova — tanınmış müğənni, Azərbaycan Respublikasının xalq artisti, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti. Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədovanın kiçik bacısıdır.

Haqqında məlumatlar

10 iyun 1973-cü il tarixdə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub.

Təhsili

1980 – 1990-cı illərdə Böyük Dəhnə kənd 1 №-li orta məktəbində,

1992 – 1996-cı illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbinin muğam şöbəsində,

1996 – 2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsinin musiqili teatr aktyorluğu şöbəsində (bakavriat və magistratura) təhsil alıb.

Əmək fəaliyyəti

1990 – 1992-ci illərdə M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzində işləyib.

1993-cü ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalistidir.

Təltif və mükafatları

Filmoqrafiya

  1. Bəylik dərsi (film, 2007) – Vokal ifaçısı.

Ədəbiyyat

  1. Mete Ə. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 524 – 526. — 500 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Məmmədova Gülyanaq // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 267. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Şablon:Yaxşı məqalə