Gülçin Abdullayeva
Gülçin Abdullayeva —
Haqında məlumatlar
20 yanvar 1947-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1965 – 1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb. , aspiranturanı bitirdikdən sonra 1974-cü ildən başlayaraq BDU, ATU və respublikanın digər ali məktəblərində riyazi analiz, tibbi kibernetika, ali riyaziyyat, informatika, süni intellekt, intellektual sistemlər fənnlərindən dərs deyir. 1981-ci ildən başlayaraq baş elmi işçi, qrup rəhbəri, sektor rəhbəri, laboratoriya rəhbəri vəzifələrində işləmişdir. 2000-ci ildən dosentdir. Hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda “İnformasiyanın intellektual emalı sistemləri” laboratoriyasının rəhbəri vəzifəsində çalışır. Ailəlidir, iki oğlu var.
Əmək fəaliyyəti
1970-ci ildə Azərbaycan SSR EA Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsinə işə götürülüb.
İkinci iş yerləri
1973-cü ildən Azərbaycanın ali məktəblərində riyazi analiz, süni intelleкt və s. fənnlərdən dərs deyir. Hazırda AzMİU-də İnformasiya texnologiyaları və sistemləri kafedrasının dosentidir.
Elmi fəaliyyəti
1979-cu ildə “Sinqulyar inteqralların requlyarlaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Ailəsi
Təltif və mükafatları
“Tərəqqi” medalı (2005).
Ədəbiyyat
- "İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Abdullayeva Gülçin Gülhüseyn qızı". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 18 Jun 2018 – 29 Nov 2020 tarixində arxivləşdirilib.