Hüseyn Əbdürrəhimov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 57: Sətir 57:


===Vəfatı===
===Vəfatı===
20 aprel 1966-cı il tarixdə – 54 yaşında, [[Nuxa|Nuxada]] (indiki Şəki) vəfat edib.
20 may 1966-cı il tarixdə – 54 yaşında, [[Nuxa|Nuxada]] (indiki Şəki) vəfat edib.


== Ədəbiyyat ==
== Ədəbiyyat ==

23:40, 18 may 2022 versiyası

Hüseyn Əbdürrəhimov
Əbdürrəhimov Hüseyn Yəhya oğlu
Hüseyn Əbdürrəhimov
Hüseyn Əbdürrəhimov.
Doğum tarixi 20 fevral 1912(1912-02-20)
Doğum yeri Nuxa (İndiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 20 may 1966 (54 yaşında)
Vəfat yeri Nuxa (İndiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
Lenin ordeni

Hüseyn Əbdürrəhimov (1912–1966) — sovet dövründə Nuxa rayonunda fəaliyyət göstərmiş tanınmış aqronom və rəhbər kadr. 1948-ci ildə Nuxa rayonunda tütün tədarükü üzrə yüksək nailiyyətin əldə olunmasına görə “Sosialist Əməyi Qəhrəmanı” adını almış, bir müddət Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində də çalışmış və bir dəfə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Haqqında məlumatlar

20 fevral 1912-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxa nümunə zəhmət məktəbini və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1934-cü ildən Nuxa rayonunda aqronom işləyib.

1947 – 1952-ci illərdə Nuxa rayon kənd təsərrüfatı şöbəsinin müdiri,

1953 – 1957-ci illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub.

1957-ci ildən sonra isə Nuxa rayonunda təsərrüfat sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.

Təltif və mükafatları

Digər

Azərbaycan SSR Ali Sovetinin V çağırış (1959–1962) deputatı olub.

Vəfatı

20 may 1966-cı il tarixdə – 54 yaşında, Nuxada (indiki Şəki) vəfat edib.

Ədəbiyyat

  1. Əbdürrəhimov Hüseyn Yəhya oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV  cild. — Səhifələrin sayı:  616. — Səh.: 127. — 80.000 nüsx.
  2. Mete Ə. Əməyi ilə ucalanlar // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 402. — 500 nüsx.
  3. Məmmədov Ə., Xalıqov F. Əbdürrəhimov Hüseyn // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 76. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  4. Əbdürrəhimov Hüseyn Yəhya oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 178. — ISBN 978-9952-441-13-0.