......

Hüseyn Əbdürrəhimov (1912–1966) — sovet dövründə Nuxa rayonunda fəaliyyət göstərmiş tanınmış aqronom və rəhbər kadr. 1940-cı illərin ikinci yarısında Nuxa rayon kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışarkən Nuxa rayonunda tütün tədarükü üzrə yüksək nailiyyətin əldə olunmasına görə “Sosialist Əməyi Qəhrəmanı” adını alıb. Bundan sonra bir müddət Nuxa rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin sədri olub və bir dəfə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Hüseyn Əbdürrəhimov
Əbdürrəhimov Hüseyn Yəhya oğlu
Hüseyn Əbdürrəhimov
Hüseyn Əbdürrəhimov.

Haqqında məlumatlar Vizual/Mobil redaktə

20 fevral 1912-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

Nuxa nümunə zəhmət məktəbini və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1934-cü ildən Nuxa rayonunda aqronom işləyib.

1947 – 1952-ci illərdə Nuxa rayon kənd təsərrüfatı şöbəsinin müdiri,

1953 – 1956-cı illərdə Nuxa rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin sədri olub.

1956-ci ildən sonra isə Nuxa rayonunda təsərrüfat sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Digər Vizual/Mobil redaktə

Azərbaycan SSR Ali Sovetinin V çağırış (1959–1962) deputatı olub.

Vəfatı Vizual/Mobil redaktə

20 may 1966-cı il tarixdə – 54 yaşında, Nuxada (indiki Şəki) vəfat edib.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. .../mode/2up Əbdürrəhimov Hüseyn Yəhya oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV  cild. — Səhifələrin sayı:  616. — Səh.: 127. — 80.000 nüsx.
  2. Mete Ə. Əməyi ilə ucalanlar // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 402. — 500 nüsx.
  3. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 76. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  4. Əbdürrəhimov Hüseyn Yəhya oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 178. — ISBN 978-9952-441-13-0.

Bildiriş Vizual/Mobil redaktə

...