Hüseyn Əfəndiyev
Hüseyn Əfəndiyev (≈1842–+1937) — tanınmış din xadimi və həm də pedaqoji fəaliyyət göstərmiş şəxs. Görkəmli Azərbaycan maarifçisi Rəşid bəy Əfəndiyevin (1863–1942) və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Abdulla bəy Əfəndizadənin (1873–1928) böyük qardaşıdır.
Haqqında məlumatlar
Təqribən 1842-ci ildə anadan olub.
Təhsili
İstanbulda təhsil alıb.
Əmək fəaliyyəti
27 (15) dekabr 1893-cü il tarixdə İrəvan, Naxçıvan, Novobayazid və Şərur-Dərələyəz qəzalarının qazısı təyin olunub.
8 sentyabr (27 avqust) 1897-ci il tarixdə Zaqafqaziya Sünni Ruhani İdarəsinin üzvü vəzifəsinə keçirilib.
2 fevral (20 yanvar) 1906-cı il tarixdə Qafqaz canişini ailə vəziyyəti ilə bağlı xahişini nəzərə alaraq 22 saylı əmrlə onu İdarə üzvlüyü vəzifəsindən azad edib.
8 noyabr (26 oktyabr) 1910-cu il tarixdə Yelizavetpol qubernatorunun əmri ilə Yelizavetpol quberniyasının Sünni Məclisinin sədri və Nuxa qəzasının qazısı təyin edilib.
1918-ci ildə Nuxa gimnaziyasında şəriət dərsi deyirdi, sovet dövründə isə Nuxada qız məktəbinin (ünas məktəbi) müdiri vəzifəsində çalışmışdır.
Digər
İkicildlik “Zübdətül-əhkamüş-şəriət” kitabının müəllifidir.
1937-ci ildə – 85 yaşında, “Nuxu və yainki Şəki şəhərinin tarixi” adlı bir kiçik tarix əsəri də yazıb.
Müasirləri onu iri cüssəli, sağlam adam kimi təsvir edirdilər.
Təltif və mükafatları
- Boyundan asmaq üçün Stanislav lentində “Xidmətinə görə” qızıl medalı (14 (1) yanvar 1904).
Vəfatı
1937-ci ildən sonra – 85 yaşından sonra vəfat edib (dəqiq vəfat tarixi məlum deyil).
Ailəsi
Atası: İsmayıl əfəndi Hacı Çələbi oğlu (1819–1892).
Həyat yoldaşı: Fatma (Məsumə) xanım Əbdürrəhim əfəndi qızı (1870–?).
Uşaqları: Məhəmmədəmin (1897–?), Siddiqə (1905–?), Şahid (1906–?).
Ədəbiyyat
- Əfəndiyev H.İ. Nuxu və yainki Şəki şəhərinin tarixi (azərb.) // Tarix : qəzet. — Bakı: Kommunist, 1991. — В. 13 iyul. — № 21.
- Mərdanov M., Tahirzadə Ə. ƏFƏNDİYEV Məhəmmədəmin Hüseyn əfəndi oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 215 – 217. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 Apr 2021 - 28 Aug 2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |