......

Hüseyn Əkbərov (1913–1998) — sovet dövründə Şəkidə tikinti sahəsi üzrə tanınmış mütəxəssis və rəhbər kadr olmuş şəxs, Azərbaycan SSR əməkdar inşaatçısı. Bir sıra məsul vəzifələr tutmuş, o cümlədən, bir müddət şəhər sovetinin sədri vəzifəsində çalışmışdır.

Hüseyn Əkbərov
Əkbərov Hüseyn Ələskər oğlu
Hüseyn Əkbərov
Hüseyn Əkbərov.

Haqqında məlumatlar Vizual/Mobil redaktə

10 sentyabr 1913-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

Azərbaycan Sənaye İnstitutunu bitirib.

Hərbi xidmətdə Vizual/Mobil redaktə

 
Hərbi sənədlərindəki gənclik şəkli.

20 iyul 1941-ci il tarixdə Nuxa Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Böyük Vətən müharibəsində zabit kimi iştirak edib və 4 orden, bir neçə medalla təltif olunub.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1948-ci ildə Nuxa şəhər soveti sədrinin müavini seçilib.

25 noyabr 1954-cü il tarixdə Nuxa şəhər sovetinin sədri seçilib və 28 noyabr 1955-ci il tarixədək bu vəzifəni tutub.

1 dekabr 1955-ci il tarixdən 15 noyabr 1957-ci il tarixədək Nuxa şəhər partiya komitəsinin katibi vəzifəsində çalışıb.

1959-cu ildə Nuxadakı 5 nömrəli tikinti idarəsinin,

1963-cü ildə Nuxadakı 55 nömrəli tikinti idarəsinin,

1975-сi ildə isə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin təmir-tikinti şöbəsinin rəisi idi.

İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə

1948, 19511963-cü illərdə Nuxa şəhər sovetinə, 1957, 19591961-ci illərdə isə Nuxa rayon sovetinə deputat seçilib.

Təltif və mükafatları Vizual/Mobil redaktə

 
Hüseyn Əkbərov, 1970-ci illər.

Vəfatı Vizual/Mobil redaktə

11 fevral 1998-ci il tarixdə – 84 yaşında, Şəkidə vəfat edib.

Xatirəsi Vizual/Mobil redaktə

Şəki şəhərində bir küçəyə adı verilib və həmin küçədə və yaşadığı evin qarşısında xatirə lövhəsi vurulub.

Digər Vizual/Mobil redaktə

1975 – 1987-ci illərdə Şəki şəhər sovetinin sədri olmuş Ziya Əkbərovun böyük qardaşıdır. Digər qardaşı Nadir Əkbərov isə 1963-cü ildə Lenin adına ipək kombinatının baş mühəndisi idi. Daha sonra əmək fəaliyyətini Azərbaycan Politexnik İnstitutunda müəllim kimi davam etdirib.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Акперов... : [arx. 07.12.2022] : [rus.] // Память Народа. — Müraciət tarixi: 07.12.2022.
  2. Акперов Гусейн Алиаскерович (Алескер-оглы) : [arx. 07.12.2022] : [rus.] // Память Народа. — Müraciət tarixi: 07.12.2022.
  3. Əkbərov H. O günləri xatırlayarkən... = О ҝүнләри хатырлајаркән... // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1975. —15 aprel  c. — № 12 – 13 (1236–1237). — Səh. 2.

Həmçinin, bax: Vizual/Mobil redaktə

Bildiriş Vizual/Mobil redaktə

...

...