Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Hüseyn Həmidzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Hüseyn Həmidzadə
Həmidzadə Hüseyn Akif oğlu
Hüseyn Həmidzadə
Hüseyn Həmidzadə.
Doğum tarixi 15 oktyabr 1995(1995-10-15)
Doğum yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 1 noyabr 2020 (25 yaşında)
Vəfat yeri hərbi hospital
Dəfn yeri Oxud kəndinin kənd qəbiristanlığı, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Akif Həmidov
Anası Rahilə Həmidova
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Rütbə 1.AzLF-PV.png sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəbrayılın azad olunmasına görə" medalı — 2021"Xocavəndin azad olunmasına görə" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2021

Hüseyn Həmidzadə (1995–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar

15 oktyabr 1995-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

2003 – 2014-cü illərdə əvvəl Bakı şəhər 268 saylı orta məktəbində, sonra isə Xırdalan şəhər 1 saylı orta məktəbində,

2014 – 2018-ci illərdə isə Kooperasiya Universitetində təhsil alıb.

Hərbi xidmətdə

2018 – 2019-cu illərdə həqiqi hərbi xidmətdə olub (Murov dağda).

27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.

Şəhid olması

25 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonu ərazisində gedən döyüşdə ağır yaralanıb.

1 noyabr 2020-ci il tarixdə – 25 yaşında, müalicə aldığı hospitalda vəfat edib.

2 noyabr 2020-ci il tarixdə Şəki rayonunun Oxud kəndinin kənd qəbiristanlığında dəfn olunub.

Təltif və mükafatları

Ailəsi

Ailədə bir bacı, iki qardaş olublar. Subay idi.

Xatirəsi

1 iyul 2020-ci il tarixdə Abşeron rayonunun Masazır qəsəbəsində – vaxtilə yaşadığı evin qarşısında, adını daşıyan bulağın açılış mərasimi olub.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (26 iyun 2021).
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 İYUN 2021). Arxivləşdirilib (27 iyun 2021).
  4. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 05.11.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 5 noyabr. — Müraciət tarixi: 29.08.2022.
  5. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : HÜSEYN Akif oğlu Həmidzadə : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  6. Hüseyn Həmidzadə: “Mənimlə fəxr edəcəksiniz demişdi” : [arx. 11.09.2022] // Memorial.az. — Müraciət tarixi: 11.09.2022.

Videolar