Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Hüseyn Mustafabəyli

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 17:57, 8 oktyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Hüseyn Mustafabəyli
Mustafabəyli Hüseyn Lütvəli oğlu
Hüseyn Mustafabəyli
Hüseyn Mustafabəyli, 2017-ci il.
Doğum tarixi 23 noyabr 1954 (1954-11-23) (69 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi, landşaftşünaslıq şöbəsi (şöbə müdiri)
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geoloji-coğrafiya fakültəsi (1970–1975)

 • Azərbaycan SSR EA Geologiya İnstitutu, aspirantura (1980–)
facebook səhifəsi

Hüseyn Mustafabəyli — geologiya-mineralogiya elmləri namizədi, AMEA Şəki Regional Elmi Mərkəzinin landşaftşünaslıq şöbəsinin müdiri; sabiq ictimai-siyasi fəal, Aərbaycan Xalq Cəbhəsi Şəki şöbəsinin sabiq sədri və Şəki şəhərinin sabiq icra hakimiyyəti başçısı; pedaqoji fəaliyyəti də var, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında dərs deyir.

Haqqında məlumatlar

23 noyabr 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1960 – 1970-ci illərdə Nuxa şəhər 2 №-li orta məktəbində,

1970 – 1975-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsində təhsil alıb.

1980-ci ildə Azərbaycan SSR EA Geologiya İnstitutunun aspiranturasına qəbul olunub.

Əmək fəaliyyəti

1975 – 1976-cı illərdə Qazaxıstanın Çezkazçan vilayətində geoloji ekspedisiyada mühəndis-geoloq,

1976-cı ildən Azərbaycan SSR EA Şəki Zona Elmi Bazasında kiçik elmi işçi vəzifəsində işləyib.

1977 – 1979-cu illərdə SSRİ EA QEOXİ İnstitutunda 2 illik stajirovka keçib.

1986 – 1992-ci illərdə Şəki Geofizika observatoriyasının geokimya laboratoriyasında baş geokimyaçı,

1992 – 1993-cü illərdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı,

1993 – 1996-cı illərdə Şəki müəllimlərinin hazırlığı və bərpası institutunda təlimatçı vəzifəsində çalışıb.

1996-cı ildə AMEA-nın Şəki Regional Elmi Mərkəzinə baş elmi işçi və geokimya laboratoriyasının rəhbəri vəzifəsinə qəbul olunub[qeyd 1].

İkinci iş yerləri

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında dərs deyir.

Elmi fəaliyyəti

1984-cü ildə “Şərqi Qafqazın aalen çöküntülərində indikator elementlərin paylanma qanunauyğunluqları onların axtarış və onların axtarış əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1-i xaricdə olmaqla çapdan çıxmış 31 elmi əsərin müəllifidir.

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 7-dir.

İctimai-siyasi aktivliyi

1986 – 1989-cu illərdə Şəki Ocaq Cəmiyyətində xalq folklorunun dərman bitkiləri və vasitələrinin təbliğinə aid bölməsində fəaliyyət göstərmiş,

1989 – 1992-ci illərdə Aərbaycan Xalq Cəbhəsinin Şəki şöbəsinin sədri olub.

Qeydlər

  1. 2014-cü ildən AMEA-nın yeni nizamnaməsinə uyğun olaraq, mərkəzin laboratoriyaları şöbə adlandırılmış və adlarında isə bəzi dəyişikliklər edilmişdir. Buna görə də Hüseyn Mustafabəyli vəzifəsinin adı da dəyişmişdir. O, hal-hazırda AMEA Şəki Regional Elmi Mərkəzinin landşaftşünaslıq şöbəsinin müdiri.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Mustafabəyli Hüseyn // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 313-314. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Şəki REM-in fəlsəfə doktorları : Mustafabəyli Hüseyn Lütvəli oğlu : [arx. 08.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 08.10.2021.