Hüseynqulu xan Xoyski

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
HÜSEYNQULU XAN XOYSKİ
Hüseynqulu xan İskəndər xan oğlu Xoyski
Hüseynqulu xan Xoyski.jpg
250
bayraqGəncənin general-qubernatorunun müavini
Şəxsi məlumatlar
Doğum tarixi 1869(1869-00-00)
Doğum yeri GəncəAzərbaycan
Vəfat tarixi 1955(1955-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri İstanbul, Türkiyə
Sülalə Xoyskilər
Dini Şiə İslam
Atası İskəndər xan Xoyski
Həyat yoldaşı Şirinbəyim xanım
Uşaqları Valiyə Xoyski, Zahid xan Xoyski

Xoyski Hüseynqulu xan İskəndər xan oğlu – çar ordusunun general-mayoru.

Həyatı[redaktə | HTML redaktə]

Hüseynqulu xan Xoyski 1869-cu ildə Gəncə şəhərində dünyaya gəlmişdi. Əsli-nəsli Cənubi Azərbaycanın Xoy şəhərindən idi. Atası İskəndər xan rus ordususunun general-leytenatı olmuşdu. Vladiqafqaz progimnaziyasını bitirmişdi. 22 iyul 1887-ci ildə 45-ci draqun Şimal alayında hərbi xidmətə başlamışdı. Unter-zabit rütbəsindən general-mayor rütbəsinədək ucalmışdı.

General Hüseynqulu xan Xoyski 1955-ci ildə İstanbulda vəfat etmiş və orada da dəfn olunmuşdur.

Azərbaycan Demokratik Respublikası dövründə[redaktə | HTML redaktə]

Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cumhiriyyəri dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin müavini idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyat yoldaşı Şirinbəyim xanımı (o, Gəncə xanı Cavad xanın nəslindən olan Əbülfət xanın qızı idi), qızı Valiyəni, 6 aylıq nəvəsi Abbası və kürəkəni məşhur Gəncə üsyanına başçılıq etmiş polkovnik Cahangir bəy Kazımbəylini götürüb İrana keçmişdi. Kürəkəni sonra geri qayıtmış və 1920-ci il mayın sonunda sovet hakimiyyətinə qarşı üsyana rəhbərlik etmişdi. Hüseynqulu xan Xoyski İrandan Türkiyəyə getmişdi.

Ailəsi[redaktə | HTML redaktə]

Hüseynqulu xan Şirinbəyim xanım Əbülfət xan qızı Ziyadxanova ilə ailə qurmuşdu. Kiçik oğlu Zahid xan Xoyski 1910-cu ildə hələ Gəncədə doğulmuşdu. Hazırda Nyu-yorkda yaşayır. Nəvəsinə ulu babası, Xoy xanı Cəfərqulu xanın adına qoymuşdu.

Həmçinin, bax:[redaktə | HTML redaktə]