Həbibullah Cəfərov

Həbibullah Cəfərov (1896–1985) — tanınmış zurna ifaçısı. 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, 1945-ci ildə Moskvada təşkil olunmuş Qələbə paradında, 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə, 1967-ci ildə Böyük Oktyabr sosialist inqilabının 50 illiyi münasibətilə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində təşkil olunmuş tədbirdə zurna musiqi alətində musiqi ifa etmişdir. İfa etdiyi bir sıra mahnılar nota köçürülüb.

Həbibullah Cəfərov
Cəfərov Həbibullah Bayram oğlu
Həbibullah Cəfərov
Həbibullah Cəfərov zurnada ifa edərkən, 1970-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 1896(1896-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Kiçik Dəhnə, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1985(1985-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (89 yaşında)
Vəfat yeri Kiçik Dəhnə, Şəki rayonu, AzSSR, Flag of the Soviet Union.svg SSRİ

Musiqi aləti zurna

1938-ci ildə Moskvada Böyük Teatrın səhnəsində zurnada ifa etdiyi müsiqini Stalin şəxsən dinlədikdən sonra onun gürcü havalarını bilib-bilməməsi ilə maraqlanmış, bir gürcü havasını bildiyini öyrəndikdə isə həmin havanı çalmasını istəmişdir. Həbibullah Cəfərovun ifası Stalinin xoşuna gəlmiş, 1945-ci il Qələbə paradında da həmin havanı çalması üçün onu Moskvaya dəvət etdirmişdir.

Ədəbiyyat

  1. Təhmirazqızı S. Həbibullah Cəfərov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 86. — 300 nüsx.
  2. Azərbaycan xalq çalğı alətləri. — Səh.: 249. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 dekabr 2021.
  3. Abdurahmanova X. Şəkidə musiqi-etnoqrafik ekspedisiyalar // Konservatoriya : jurnal. — Bakı, 2017. — № 1 (35). Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 iyul 2020.