Həkim Muradov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat)
 
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]
{{Alim  
{{Alim  
  |Piktoqram            = <!--yalnız riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi variantlarından birini seçin-->
  |Piktoqram            = kimya
  |Adı                  = Həkim Muradov
  |Adı                  = Həkim Muradov
  |Tam adı              = Muradov Həkim Hüseyn oğlu
  |Tam adı              = Muradov Həkim Hüseyn oğlu

20:26, 19 aprel 2022 versiyası

Həkim Muradov
Muradov Həkim Hüseyn oğlu
Həkim Muradov
Həkim Muradov.
Doğum tarixi 29 oktyabr 1958(1958-10-29)
Doğum yeri Baş Küngüt, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 12 aprel 2022 (63 yaşında)
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), kimya fakültəsi

 • SSRİ Elmlər Akademiyası M.M.Şemyakin adına Bioüzvükimya İnstitutu, aspirantura

Həkim Muradov (1958–2022) — kimya elmləri namizədi, Ayova Universitetinin (ABŞ) əməkdaşı.

Haqqında məlumatlar

29 oktyabr 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Küngüt kəndində anadan olub.

Təhsili

1975-ci ildə Baş Küngüt kənd orta məktəbini, sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini, daha sonra isə SSRİ Elmlər Akademiyası M.M.Şemyakin adına Bioüzvükimya İnstitutunun aspiranturasını bitirib.

Elmi fəaliyyəti

1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edib.

Elmi fəaliyyəti onurğalıların göz kaskadında torlu qişanın biokimya və molekulyar biologiyasına, xüsusi olaraq fotoreseptor hüceyrələrinin işığa uyğunlaşma yolları və onlarda iştirak eden zülalların öyrənilməsinə həsr olunub.

Əmək fəaliyyəti

Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyası Bioloji Tədqiqatlar Mərkəzinə işləməyə göndərilib.

1982-ci ildə təcrübə keçmək üçün SSRİ Elmlər Akademiyası M.M.Şemyakin adına Bioüzvükimya İnstitutuna (Moskva) ezam edilib.

1989-cu ildən sonra bir müddət Moskva vilayətinin Puşşino şəhərində yerləşən bioloji elmi mərkəzdə işləyib. Daha sonra əvvəl Azərbaycan SSR EA/AMEA Botanika İnstitutunda baş elmi işçi, sonra isə Molekulyar biologiya laboratoriyasının müdiri vəzifəsində çalışıb.

1994-cü ildə İsraildəki Veizmann Elm İnstitutuna dəvət olunub.

1998-ci ildən ABŞ-ın Ayova Universitetində işləyirdi.

Vəfatı

12 aprel 2022-ci il tarixdə – 63 yaşında, ABŞ-da vəfat edib. 19 aprel 2022-ci il tarixində Azərbaycanın aparıcı mediasında vəfat xəbəri yayılıb, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının saytında onu yaxından tanıyan və elmi nailiyyətindən xəbərdar olan həmkarları və dostları adından nekroloq dərc olunub.

İstinadlar

Ədəbiyyat

  1. ABŞ-da yaşayan tanınmış azərbaycanlı biokimyaçı alim Həkim Muradov vəfat edib : [arx. 19.04.2022] // Azərbaycan Milli Elmlər Akademiyası. — 2022. — 19 aprel. — Müraciət tarixi: 19.04.2022.