Həkim Muradov (1958–2022) — tanınmış kimyaçı alim, Ayova Universitetinin (ABŞ) əməkdaşı.

Həkim Muradov
Muradov Həkim Hüseyn oğlu
Həkim Muradov
Həkim Muradov.
Doğum tarixi 29 oktyabr 1958(1958-10-29)
Doğum yeri Baş Küngüt, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 12 aprel 2022 (63 yaşında)
Elm sahəsi kimya-biologiya
Elmi dərəcəsi kimya elmləri namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), kimya fakültəsi

 • SSRİ Elmlər Akademiyası M.M.Şemyakin adına Bioüzvükimya İnstitutu, aspirantura
Uşaqları Araz və Aysel

Haqqında məlumatlarRedaktə

29 oktyabr 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Küngüt kəndində anadan olub.

TəhsiliRedaktə

Baş Küngüt kənd orta məktəbini, sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini, daha sonra isə SSRİ Elmlər Akademiyası M.M.Şemyakin adına Bioüzvükimya İnstitutunun aspiranturasını bitirib.

Əmək fəaliyyətiRedaktə

Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyası Bioloji Tədqiqatlar Mərkəzinə işləməyə göndərilib.

1982-ci ildə təcrübə keçmək üçün SSRİ Elmlər Akademiyası M.M.Şemyakin adına Bioüzvükimya İnstitutuna (Moskva) ezam olunub.

1989-cu ildən sonra bir müddət Moskva vilayətinin Puşşino şəhərində yerləşən bioloji elmi mərkəzdə işləyib. Daha sonra əvvəl Azərbaycan SSR EA/AMEA Botanika İnstitutunda baş elmi işçi, sonra isə həmin institutun molekulyar biologiya laboratoriyasının müdiri vəzifəsində çalışıb.

1994-cü ildə İsraildəki Veizmann Elm İnstitutuna dəvət olunub.

1998-ci ildən ABŞ-ın Ayova Universitetində işləyirdi.

Elmi fəaliyyətiRedaktə

1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edib.

Elmi fəaliyyəti onurğalıların göz kaskadında torlu qişanın biokimya və molekulyar biologiyasına, xüsusi olaraq fotoreseptor hüceyrələrinin işığa uyğunlaşma yolları və onlarda iştirak eden zülalların öyrənilməsinə həsr olunub.

VəfatıRedaktə

12 aprel 2022-ci il tarixdə – 63 yaşında, ABŞ-ın Şimali Karolina ştatının paytaxtı Roli (ing.: Raleigh) şəhərində vəfat edib. 19 aprel 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının saytında onu yaxından tanıyan və elmi nailiyyətindən xəbərdar olan bir qrup həmkarı və dostu adından nekroloqun dərc olunmasından sonra vəfat etməsi barədə Azərbaycanın əksər aparıcı mediasında da xəbərlər yayılıb.

ƏdəbiyyatRedaktə

  1. ABŞ-da yaşayan tanınmış azərbaycanlı biokimyaçı alim Həkim Muradov vəfat edib : [arx. 19.04.2022] // Azərbaycan Milli Elmlər Akademiyası. — 2022. — 19 aprel. — Müraciət tarixi: 19.04.2022.