Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Həmid Abbasbəyli

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış hərbç...' ilə yarat) tərəfindən edilmiş 15:36, 4 dekabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Həmid Abbasbəyli
Doğum tarixi 17.11.1991
Doğum yeri Binəqədi rayonu, Azərbaycan
Vəfat tarixi 20.10.2020
Vəfat yeri Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsi, Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Hərbi fəaliyyəti
Xidmət illəri 2006—2020
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytenantı.png baş leytenant
Təltifləri "Qarabağ" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2021 "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı — 2018 "Qələbə günü münasibəti ilə bağlı paradda iştiraka görə" medalı

Həmid Cavanşir oğlu Abbasbəyli (17 noyabr 1991, Bakı – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.

Həyatı

Həmid Abbasbəyli 17 noyabr 1991-ci ildə Binəqədi rayonunda Cavanşir Abbasov və Gülnarə Məmmədovanın ailəsində anadan olub.[1] 1998–2002-ci illərdə Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2002–2006-cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə, 2006–2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. A. Həmid idmanın boks və qaydasız döyüş növləri ilə məşqul olmuş, bir sıra yarışlarda iştirak edərək nailiyyətlər əldə etmişdir. 4 xarici dil biliyinə malik idi

2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş 2013-cü ildə ali hərbi təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Ardınca 2013–2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzi davam etdirmişdir.

2016–2017-ci illərdə Türkiyə Respublikasında, 2017–2018-ci illərdə Çin Xalq Respublikasında xüsusi təlim kurslarında iştirak etmişdir.

Hərbi xidməti

Ali təhsilini başa vurduqdan sonra Abbasbəyli Həmid cəbhə bölgəsində yerləşən Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə tağım komandiri olaraq hərbi xidmətə başlamışdır. 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sırasına qoşularaq hərbi xidmətini davam etdirmişdir.

Aprel döyüşlərində iştirakı

2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur.

İkinci Qarabağ Müharibəsində iştirakı

Azərbaycan Ordusunun baş leytenantı olan Həmid Abbasbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Hadrut qəsəbəsinin, FüzulininLaçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmid Abbasbəyli oktyabrın 19-dan 20-nə keçən gecə Laçın dəhlizinə nəzarət edən yüksəkliklər uğrunda gedən döyüşlərdə Xocavənd rayonunda Qırmızı Bazar qəsəbəsi ərazisində qəhrəmancasına şəhid olmuşdur. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.[2]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

İrsi və xatirəsi

2021-ci ildə Həmid Abbasbəylinin Xətai rayonunda yaşadığı binanın önündə xatirəsi lövhəsi qoyulmuş və bağ salınmışdır.[10]

İstinadlar

  1. Müdafiə Nazirliyi (22.01.2021). "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı (09.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az(azərb.)). 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az(azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı (24.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.president.az(azərb.)). 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası (09.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az(azərb.)). 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az(azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası (24.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az(azərb.)). 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  8. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". president.az. 25 dekabr 2020. 25 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2020.
  9. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 24 iyun 2021. İstifadə tarixi: 24 iyun 2021.
  10. "Xətai rayonunda Şəhid Abbasbəyli Həmid Cavanşir oğlununun xatirə lövhəsinin açılışı olub+VİDEO". www.khatai-ih.gov.az — Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti. 15 fevral 2021. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.