Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Həmid Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 17:03, 7 aprel 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Həmid Mustafayev
Mustafayev Həmid Veysəl oğlu
Həmid Mustafayev
Həmid Mustafayev.
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Atası Veysəl Mustafayev

Həmid Mustafayev (1932–2011) — me­tal­logeniya, geokimya və petrologiya sahə­lərində görkəmli mütəxəssis, geologiya-mine­ralogiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar geoloqu, Azər­baycan Milli Elmlər Akademiyası­nın müxbir üzvü, AMEA Geologiya İnstitutu­nun metal­lo­geniya şöbəsinin müdiri.

Haqqında məlumatlar

1932-ci ildə Bakıda anadan olub.

Təhsili

1951-ci ildə Bakı şəhər 7 №-li orta məktəbi bitirib.

1951-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya-geologiya fakültəsinə qəbul olunub.

1953 – 1956-cı illərdə təhsilini Moskva Dövlət Uni­versitetinin geologiya fakültəsində davam etdirib.

1960 – 1963-cü illərdə Mineralogiya, Geo­kim­ya, Nadir Elementlərin Kristallokimyası İnstitutunun (Moskva) aspi­­ranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1965-ci ildə elmlər namizədi elmi dərəcəsini,

1975-ci ildə isə geologiya-mine­ralogiya elmləri doktoru elmi dərəcəsini alıb.

1992-ci ildə pro­fessor elmi adını alıb.

2001-ci ildə Azər­baycan Milli Elmlər Akademiyası­nın müxbir üzvü seçilib.

120-dən çox elmi əsəri, o cümlədən 5 monoqrafiyası (3-ü həmmüəl­liflərlə) nəşr olunub.

Əmək fəaliyyəti

1956 – 1960-cı illərdə SSRİ Geologiya Nazir­liyinin Qır­ğızıstan və Azərbaycandakı istehsalat müəssisələrində işləyib.

1963-cü ildən Azərbaycan SSR EA Geologiya İnstitutunda çalışıb; o cümlədən,

1977-ci ildən laboratoriya müdiri,

1990-cı ildən metal­lo­geniya şöbəsinin müdiri olub.

Təltif və mükafatları

Vəfatı

2011-ci ildə Bakıda – 78 yaşında, vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Mustafayev Həmid // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 424 – 425. — 1.000 nüsx.
  2. "Vəfat etmiş müxbir üzvlər Mustafayev Həmid Veysəl oğlu". az. 18 Sep 2018 – 21 Jan 2021 tarixində arxivləşdirilib. (#invisible_char)

Şablon:Yaxşı məqalə