Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Həmid Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Həmid Mustafayev
Mustafayev Həmid Veysəl oğlu
Həmid Mustafayev
Həmid Mustafayev.
Doğum tarixi 13 noyabr 1932(1932-11-13)
Vəfat tarixi 3 avqust 2011 (78 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi geologiya-mine­ralogiya
İş yeri AMEA Geologiya İnstitutu­, metal­lo­geniya şöbəsi, müdir
Elmi dərəcəsi geologiya-mine­ralogiya elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, coğrafiya-geologiya fakültəsi (1951–1953)

 • M.V.Lomonosov adına Moskva Dövlət Uni­versiteti, geologiya fakültəsi (1953–1956)

 • Mineralogiya, Geo­kim­ya, Nadir Elementlərin Kristallokimyası İnstitutu, aspi­­rantura (Moskva, 1960–1963)
Atası Veysəl Mustafayev
Üzvlüyü AMEA, müxbir üzv
Mükafatları "Azərbaycan SSR əməkdar geoloqu" fəxri adı

Həmid Mustafayev (1932–2011) — me­tal­logeniya, geokimya və petrologiya sahə­ləri üzrə görkəmli mütəxəssis, geologiya-mine­ralogiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar geoloqu, Azər­baycan Milli Elmlər Akademiyası­nın müxbir üzvü, AMEA Geologiya İnstitutu­nun metal­lo­geniya şöbəsinin müdiri.

Haqqında məlumatlar

13 noyabr 1932-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1951-ci ildə Bakı şəhər 7 №-li orta məktəbi bitirib.

1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya-geologiya fakültəsinə qəbul olunub.

1953 – 1956-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Uni­versitetinin geologiya fakültəsində davam etdirib.

1960 – 1963-cü illərdə Mineralogiya, Geo­kim­ya, Nadir Elementlərin Kristallokimyası İnstitutunun aspi­­ranturasında (Moskva) təhsil alıb.

Elmi fəaliyyəti

1965-ci ildə elmlər namizədi elmi dərəcəsini,

1975-ci ildə isə geologiya-mine­ralogiya elmləri doktoru elmi dərəcəsini alıb.

1992-ci ildə pro­fessor elmi adını alıb.

2001-ci ildə Azər­baycan Milli Elmlər Akademiyası­nın müxbir üzvü seçilib.

120-dən çox elmi əsəri, o cümlədən 5 monoqrafiyası (3-ü həmmüəl­liflərlə) nəşr olunub.

Əmək fəaliyyəti

1956 – 1960-cı illərdə SSRİ Geologiya Nazir­liyinin Qır­ğızıstan və Azərbaycandakı istehsalat müəssisələrində işləyib.

1963-cü ildən Azərbaycan SSR EA Geologiya İnstitutunda çalışıb; o cümlədən,

1977-ci ildən laboratoriya müdiri,

1990-cı ildən metal­lo­geniya şöbəsinin müdiri olub.

Təltif və mükafatları

  • “Azərbaycan Respublikasının əməkdar geoloqu” fəxri adı – uzun illər səmərəli işlədiyinə və geologiya elminin inkişafına böyük köməklərinə görə (7 iyun 1991-ci il).

Vəfatı

3 avqust 2011-ci il tarixdə – 78 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Elmlər Akademiyasının akademik İ. M. Qubkin adına Geologiya İnstitutunun bir qrup işçisinə Azərbaycan Respublikasının adlarının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI. http://www.e-qanun.az/. E-qanun.az (7 iyun 1991-ci il). Arxivləşdirilib (7 aprel 2021).
  2. Məmmədov Ə., Xalıqov F. Mustafayev Həmid // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 424-425. — 1.000 nüsx.
  3. Vəfat etmiş müxbir üzvlər / Mustafayev Həmid Veysəl oğlu. Azərbaycan Milli Elmlər Akademiyası. Arxivləşdirilib (18 Sep 2018 - 21 Jan 2021).

Həmçinin bax:

Şəkixanovlərin nəsil şəcərəsi

 
 
 
 
Fətəli xan
Məhəmmədhüseyn
xan oğlu
 
Xurşid xanım
(qubalı)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kərim ağanın
arvadı
(Mollazədələrdən)
 
 
 
Kərim ağa
Şəkixanov
 
 
 
 
 
Kərim ağanın
arvadı
(öz qulluqçusu)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əbdülhəmid
ağa
 
Mustafa ağa
Şəkixanov
 
İsmayıl ağa
 
Cəfər ağa
 
Məmməd ağa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fatma
 
Hüseyn ağa
 
Mahiyə
Kərim ağa qızı
Şəkixanova
 
Bəhram ağa
 
Əşrəf aga,
Hidayət aga,
Əbülfət ağa,
Telli və Güllü
 
Balacaxanım
 
İsmayıl Alıcanbəyov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əli (Fətəli) xan,
Hacı xan,
Cəmil xan
 
 
 
Cəfər Cəfərov
 
Zeynəb
 
 
 
Qönçə Qazıyeva
 
Lütfiyyə Mustafayeva
 
Veysəl Mustafayev
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DilşadElşad (qadın)MəmləkətBəhramƏşrəfHidayətRahiləƏbülfət
 
Rauf və Fərid
 
 
HəmidNamiq