Həmid Rəsulov (1926–1984) — geologiya-mineralogiya elmləri namizədi, baş elmi işçi (dosent), Azərbaycan SSR EA Geologiya İnstitutunun böyük elmi işçisi. Akademik Məcid Rəsulovun qardaşıdır.

Həmid Rəsulov
Rəsulov Həmid Lətif oğlu
Həmid Rəsulov
Həmid Rəsulov.
Doğum tarixi 27 iyun 1926(1926-06-27)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 1984(1984-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (58 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat səbəbi parkinson xəstəliyi
Dəfn yeri Bakı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi geologiya-mineralogiya
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri namizədi
Elmi adı baş elmi işçi (dosent)
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geoloji-coğrafiya fakültəsi, mühəndis-geoloq ixtisası (1950–1956)
Həyat yoldaşı Almas Hüseynbəyova
Elmi rəhbəri geologiya-mineralogiya elmləri doktoru M.H.Ağabəyov

Haqqında məlumatlar

27 iyun 1926-cı ildə Nuxada anadan olub.

1928-ci ildə atası – keçmiş məşhur ipək sənayeçisi Hacı Lətif, ailəsi ilə birlikdə Tsxmok qəsəbəsinə (Gürcüstan SSR) sürgün olunub. Daha sonra isə Hacı Lətif ailəsi ilə birlikdə Aral dənizindəki Kokaral adasına (Qazaxıstan MSSR) sürgün olunub və o, 1930-cu ildə orada da vəfat edib. Bundan sonra isə mərhum Hacı Lətifin bütün ailəsi, o cümlədən, Həmid Rəsulov da Nuxaya qayıdıb.

Təhsili

1944-cü ildə Bakı şəhər 132 №-li orta məktəbini bitirib.

1950 – 1956-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsində mühəndis-geoloq ixtisası üzrə təhsil alıb.

Böyük Vətən müharibəsində

1944-cü ilin dekabr ayında orduya çağırılıb, leytenant rütbəsi ilə Böyük Vətən müharibəsində iştirak edib.

Elmi fəaliyyəti

1963-cü ildə geologiya-mineralogiya elmləri doktoru M.H.Ağabəyovun rəhbərliyi ilə “Qərbi Azərbaycanın Küryanı rayonunun geoloji quruluşu və neft-qazlılıq perspektivliyi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1969-cu ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə ona neotektonika ixtisası üzrə baş elmi işçi (dosent) adı verilib.

Dərc olunmuş 30 elmi işin müəllifidir. Elmi forum, simpozium, konfrans və sessiyalarda məruzələrlə çıxış edib.

1978-ci ildə “Qərbi Azərbaycanın Küryanı rayonunun geoloji quruluşu” adlı monoqrafiyası “Elm” nəşriyyatında rus dilində çap olunub.

Əmək fəaliyyəti

Azərbaycan SSR EA Geologiya İnstitutunda əvvəl kiçik elmi, daha sonra isə böyük elmi işçi vəzifəsində çalışıb.

Vəfatı

1984-cü ildə – 58 yaşında, parkinson xəstəliyindən Bakıda vəfat edib. Bakıda da dəfn olunub.

Ədəbiyyat

  1. Расулов Гамиз Лятиз-оглы : [arx. 02.09.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 02.09.2022.
  2. Məmmədov Ə., Xalıqov F. Rəsulov Həmid // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 477. — 1.000 nüsx.

Həmçinin, bax: