Həqiqət Cavadova
Həqiqət Cavadova | |
---|---|
Cavadova (Vahabova) Həqiqət Əliəşrəf qızı | |
Həqiqət Cavadova. | |
Doğum tarixi | 9 oktyabr 1939 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
İş yeri | AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, laboratoriya müdiri və baş elmi işçi |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini, kimya fakültəsi (1956–1962) • Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutu, aspirantura (1963–1965) |
Mükafatları |
Həqiqət Cavadova — kimya elmləri doktoru, professor, AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri və baş elmi işçisi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
9 oktyabr 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1956-cı ildə Bakı şəhər 190 №-li orta məktəbi bitirib.
1956 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində,
1963 – 1965-ci illərdə isə Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb.
1965-ci ildən Azərbaycan SSR Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda mühəndis, kiçik elmi işçi, böyük elmi işçi vəzifəsində işləyib.
1988-ci ildən Azərbaycan SSR Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutun motor yağlarına aşqarlar kompozisiyası laboratoriyasının müdiri olub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1978-ci ildə namizədlik,
1992-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib.
2015-ci ildə isə professor elmi adını alıb.
183 elmi əsərin, o cümlədən 35 SSRİ müəlliflik şəhadətnaməsi və 29 Azərbaycan patentinin müəllifidir.
Azərbaycan Sovet Ensiklopediyasında kimya və neft-kimya sahəsinə dair yüzlərlə söz önlüklərinin müəllifidir.
Mükafat və təltifləri[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Əmək veteranı” medalı (1988).
- “Tərəqqi” medalı (2005).
- AMEA Rəyasət Heyətinin fəxri fərmanları (2004, 2009, 2014).
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Cavadova Həqiqət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 79-80. — 1.000 nüsx.
- Aşqarlar Kimyası İnstitutunun elmlər doktorları : Cavadova Həqiqət Əliəşrəf qızı : [arx. 16 Jan 2017 - 24 Oct 2020] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 07.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- H
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- 9 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1939-cu ildə doğulanlar
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə