Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Həsən İsrafilov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:09, 1 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Həsən İsrafilov
İsrafilov Həsən Abid oğlu
Həsən İsrafilov
Həsən İsrafilov, 2013-cü il
Doğum tarixi 20 aprel 1946 (1946-04-20) (78 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
İş yeri Azərbaycan Dövlət İqtisad Universiteti
Elmi dərəcəsi iqtisad elmləri doktoru
Elmi adı professor
Təhsili

Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1966 – 1970)

D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, ticarətin iqtisadiyyatı kafedrası, aspirantura (1975 – 1978)
Mükafatları "Tərəqqi" medalı
"Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı
Şəxsi Facebook səhifəsi

Həsən İsrafilov (İsrafilov Həsən Abid oğlu d. 20 aprel 1946-cı ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi.

Haqqında məlumatlar

20 aprel 1946-cı il tarixdə Nuxada anadan olub.

Təhsili

1953 – 1963-cü illərdə Nuxa şəhər Nizami adına 7 №-li orta məktəbdə oxuyub.

1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu,

1978-ci ildə isə həmin institutun aspiranturasını bitirib.

Əmək fəaliyyəti

1981 – 1987-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutun ticarət-iqtisad kafedrasında müəllim, baş müəllim, dosent,

1987 – 1990-cı illərdə həmin institutun kommersiya və əmtəəşünaslıq fakültəsinin dekan əvəzi vəzifəsində çalışıb.

1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetin kommersiya və beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı,

2001-ci ildən Təfəkkür Universitetinin prorektoru olub.

2005 – 2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində magistratura mərkəzinin direktoru vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1981-ci ildə Kiyev Ticarət-iqtisad İnstitutunda “İnkişaf etmiş sosializm cəmiyyətində Azərbaycan SSR-də kənd ticarətinin inkişafının sosial-iqtisadi problemləri” adlı mövzuda namizədlik dissertasiyasını müdafiə edib.

1993-cü ildə dosent, elmi adını alıb.

2001-ci ildə professor elmi adını alıb.

2013-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə edib.

100-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti, metodiki göstəriş və elmi məqalənin müəllifidir.

Mükafatları

  1. “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının “XXI əsrin tanınmış ziyalısı” beynəlxalq diplomu (2005).
  2. 2006-cı ildə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı (2006).
  3. “Tərəqqi” medalı (2011).

İstifadə edilmiş mənbələr

  • Məmmədov Ə., Xalıqov F. İsrafilov Həsən // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 299. — 1.000 nüsx.
  • "i.e.n., dosent İsrafilov Həsən Abid oğlu". http://unec.edu.az/ (azərb.). unec.edu.az. 12 Sep 2016 – 14 Jan 2020 tarixində arxivləşdirilib.
  • Hacızadə E. Əsil ziyalı və pedaqoq ömrü (azərb.) // Azərbaycan vergi jurnalı : jurnal. — 2016. — № 2(128). — Səh. 187.

Şablon:Yaxşı məqalə