Həsən Əliyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 14:21, 8 dekabr 2021 tarixli redaktə
Həsən Əliyev
Əliyev Həsən Əbdülkərim oğlu
Həsən Əliyev
Həsən Əliyev.
Doğum tarixi 8 mart 1910(1910-03-08)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 22 dekabr 1970 (60 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası SSRİ
Həyat yoldaşı Naida Kazım qızı Əliyeva
Uşağı Fuad ƏliyevEldar Əliyev
Təhsili

 • Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbi (1925–1928)

 • Leninqrad Dövlət Teatr İnstitutu (1928–1933)
Mükafatları "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 1943

Həsən Əliyev (1910–1970) — teatr rejissoru və teatr aktyoru, pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi, “Azərbaycanfilm” kinostudiyasının dublyaj rejissoru.

Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru olmuş və daha çox “Dəli Kür” filmindəki Rus Əhməd obrazı ilə yaddaşlara qalmış Eldar Əliyevin atası, Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti Dinarə Əliyevanın isə babasıdır.

Haqqında məlumatlar

8 mart 1910-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxada yeddiillik məktəbi bitirib.

1925 – 1928-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində aktyorluq ixtisası üzrə,

1928 – 1933-cü illərdə isə Leninqrad Dövlət Teatr İnstitutunda rejissorluq ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

1933-cü ildən sonra qısa fasilələrlə üç dəfə Sabir adına Nuxa Dövlət Dram Teatrının baş rejissoru olub.

1938 – 1942-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər,

1947 – 1951-ci illərdə Gənc Tamaşaçılar Teatrında baş rejissor, daha sonra, ömrünün son illərində isə “Azərbaycanfilm” kinostudiyasının dublyaj rejissoru vəzifəsində çalışıb.

Pedaqoji fəaliyyəti

1933 – 1946-cı illərdə, fasilələrlə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində,

1946 – 1968-ci illərdə, fasilələrlə Azərbaycan Dövlət Teatr İnstitutunda dərs deyib.

Təltif və mükafatları

Vəfatı

22 dekabr 1970-ci il tarixdə – 60 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Rəhimli İ. Həsən Əliyev // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 346-347. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.