Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Həsən Qazıyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:48, 24 mart 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Həsən Qazıyev
Qazıyev Həsən Məhəmməd oğlu
Həsən Qazıyev
Həsən Qazıyev.
Doğum tarixi 1917(1917-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri İnçə, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 12 fevral 1985 (68 yaşında)
Dəfn yeri Xoçik qəbiristanlığı, Şəki
Həyat yoldaşı Libada Qazıyeva
Uşaqları Rəhim Qazıyev, Anaqız Qazıyeva və daha 6 uşaq
Atası Məhəmməd Əsəd oğlu Qazıyev
Anası Aliyə xanım Həsən qızı Şeyxzadə
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Bakı Tibb Məktəbi, diş texniki şöbəsi

 • Stavropol Tibb İnstitutu, stomatoloq fakültəsi

Həsən Qazıyev (1917–1985) — tanınmış stomatoloq-həkim, Bakı şəhər 2 №-li poliklinikasının işçisi. Azərbaycan Respublikasının sabiq müdafiə naziri Rəhim Qazıyevin atasıdır.

Haqqında məlumatlar

1917-сi ildə Nuxa qəzasının İnçə kəndində anadan olub.

Təhsili

Bakıda diş texniki ixtisası üzrə orta ixtisas, Stavropolda stomatoloq ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyəti

1967-ci ilədək Nuxa şəhər stomatoloji poliklinikasında,

1968 – 1985-ci illərdə isə Bakı şəhər 2 №-li poliklinikasında stomatoloq-həkim işləyib.

Vəfatı

12 fevral 1985-ci il tarixdə – 68 yaşında, Bakıda vəfat edib. Şəkidə Xoçik qəbiristanlığında dəfn olunub.

Ailəsi

8 uşaq atasıdır. Böyük oğlu Rəhim Qazıyev 1992–1993-cü illərdə Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışmışdır. Həsən Qazıyevin uşaqlarından yalnız qızı Anaqız Qazıyeva onun sənətini davam etdirib, amma həkim-stomatoloq kimi yox, həkim-ginekoloq kimi.