Həsən Qazıyev
Həsən Qazıyev | |
---|---|
Qazıyev Həsən Məhəmməd oğlu | |
![]() | |
Həsən Qazıyev. |
Həsən Qazıyev (1917–1985) — tanınmış stomatoloq-həkim, Bakı şəhər 2 №-li poliklinikasının işçisi. Azərbaycan Respublikasının sabiq müdafiə naziri Rəhim Qazıyevin atasıdır.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
23 yanvar 1917-сi il tarixdə Nuxada (qeyri-rəsmi məlumatlara görə isə Nuxa qəzasının İnçə kəndində) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Bakıda diş texniki ixtisası üzrə orta ixtisas, Stavropolda stomatoloq ixtisası üzrə ali təhsil alıb.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
23 iyun 1941-ci il tarixdən Nuxa Rayon Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib. Böyük Vətən Müharibəsi iştirakçısıdır və tibb xidməti baş leytenantı hərbi rütbəsinə malik olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1967-ci ilədək Nuxa şəhər stomatoloji poliklinikasında,
1968 – 1985-ci illərdə isə Bakı şəhər 2 №-li poliklinikasında stomatoloq-həkim işləyib.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
12 fevral 1985-ci il tarixdə – 68 yaşında, Bakıda vəfat edib. Şəkidə Xoçik qəbiristanlığında dəfn olunub.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
8 uşaq atası olub. Böyük oğlu Rəhim Qazıyev 1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışmışdır. Həsən Qazıyevin uşaqlarından yalnız qızı Anaqız Qazıyeva onun sənətini davam etdirib, amma həkim-stomatoloq kimi yox, həkim-ginekoloq kimi.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Казиев Хасан Мамед-оглы : [arx. 12.02.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 12.02.2023.
Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]
...