Həsən Qazıyev (1917–1985) — tanınmış stomatoloq-həkim, Bakı şəhər 2 №-li poliklinikasının işçisi. Azərbaycan Respublikasının sabiq müdafiə naziri Rəhim Qazıyevin atasıdır.

Həsən Qazıyev
Qazıyev Həsən Məhəmməd oğlu
Həsən Qazıyev
Həsən Qazıyev.
Anadan olub 23 yanvar 1917(1917-01-23)
Anadan olduğu yer Nuxa, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası (qeyri-rəsmi məlumatlara görə isə Nuxa qəzasının İnçə kəndi)
Vəfat edib 12 fevral 1985 (68 yaşında)
Dəfn yeri Xoçik qəbiristanlığı, Şəki
Həyat yoldaşı Libada Qazıyeva
Uşaqları Rəhim Qazıyev, Anaqız Qazıyeva və daha 6 uşaq
Atası Məhəmməd Əsəd oğlu Qazıyev
Anası Aliyə xanım Həsən qızı Şeyxzadə
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Bakı Tibb Məktəbi, diş texniki şöbəsi

 • Stavropol Tibb İnstitutu, stomatoloq fakültəsi

Haqqında məlumatlar

23 yanvar 1917-сi il tarixdə Nuxada (qeyri-rəsmi məlumatlara görə isə Nuxa qəzasının İnçə kəndində) anadan olub.

Təhsili

Bakıda diş texniki ixtisası üzrə orta ixtisas, Stavropolda stomatoloq ixtisası üzrə ali təhsil alıb.

Hərbi xidmətdə

23 iyun 1941-ci il tarixdən Nuxa Rayon Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib. Böyük Vətən Müharibəsi iştirakçısıdır və tibb xidməti baş leytenantı hərbi rütbəsinə malik olub.

Əmək fəaliyyəti

1967-ci ilədək Nuxa şəhər stomatoloji poliklinikasında,

1968 – 1985-ci illərdə isə Bakı şəhər 2 №-li poliklinikasında stomatoloq-həkim işləyib.

Vəfatı

12 fevral 1985-ci il tarixdə – 68 yaşında, Bakıda vəfat edib. Şəkidə Xoçik qəbiristanlığında dəfn olunub.

Ailəsi

8 uşaq atası olub. Böyük oğlu Rəhim Qazıyev 1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışmışdır. Həsən Qazıyevin uşaqlarından yalnız qızı Anaqız Qazıyeva onun sənətini davam etdirib, amma həkim-stomatoloq kimi yox, həkim-ginekoloq kimi.

Ədəbiyyat

  1. Казиев Хасан Мамед-оглы : [arx. 12.02.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 12.02.2023.