Hüseynqulu xan Xoyski
Bu məqaləni ensiklopedikləşdirmək lazımdır. |
HÜSEYNQULU XAN XOYSKİ | ||||
---|---|---|---|---|
Hüseynqulu xan İskəndər xan oğlu Xoyski | ||||
![]() | ||||
250 | ||||
|
||||
Doğum tarixi | 1869 | |||
Doğum yeri | GəncəAzərbaycan | |||
Vəfat tarixi | 1955 | |||
Vəfat yeri | İstanbul, Türkiyə | |||
Sülalə | Xoyskilər | |||
Dini | Şiə İslam | |||
Atası | İskəndər xan Xoyski | |||
Həyat yoldaşı | Şirinbəyim xanım | |||
Uşaqları | Valiyə Xoyski, Zahid xan Xoyski |
Xoyski Hüseynqulu xan İskəndər xan oğlu – çar ordusunun general-mayoru.
Həyatı[redaktə | HTML redaktə]
Hüseynqulu xan Xoyski 1869-cu ildə Gəncə şəhərində dünyaya gəlmişdi. Əsli-nəsli Cənubi Azərbaycanın Xoy şəhərindən idi. Atası İskəndər xan rus ordususunun general-leytenatı olmuşdu. Vladiqafqaz progimnaziyasını bitirmişdi. 22 iyul 1887-ci ildə 45-ci draqun Şimal alayında hərbi xidmətə başlamışdı. Unter-zabit rütbəsindən general-mayor rütbəsinədək ucalmışdı.
General Hüseynqulu xan Xoyski 1955-ci ildə İstanbulda vəfat etmiş və orada da dəfn olunmuşdur.
- Fətəli xan Xoyskinin qardaşıdır.
Azərbaycan Demokratik Respublikası dövründə[redaktə | HTML redaktə]
Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cumhiriyyəri dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin müavini idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyat yoldaşı Şirinbəyim xanımı (o, Gəncə xanı Cavad xanın nəslindən olan Əbülfət xanın qızı idi), qızı Valiyəni, 6 aylıq nəvəsi Abbası və kürəkəni məşhur Gəncə üsyanına başçılıq etmiş polkovnik Cahangir bəy Kazımbəylini götürüb İrana keçmişdi. Kürəkəni sonra geri qayıtmış və 1920-ci il mayın sonunda sovet hakimiyyətinə qarşı üsyana rəhbərlik etmişdi. Hüseynqulu xan Xoyski İrandan Türkiyəyə getmişdi.
Ailəsi[redaktə | HTML redaktə]
Hüseynqulu xan Şirinbəyim xanım Əbülfət xan qızı Ziyadxanova ilə ailə qurmuşdu. Kiçik oğlu Zahid xan Xoyski 1910-cu ildə hələ Gəncədə doğulmuşdu. Hazırda Nyu-yorkda yaşayır. Nəvəsinə ulu babası, Xoy xanı Cəfərqulu xanın adına qoymuşdu.