Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Hacı İsmayıl Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Hacı İsmayıl Əhmədov
Əhmədov Hacı İsmayıl Hacı Qədir oğlu
Fayl:Haci Ismayil3.jpg
Hacı İsmayıl Əhmədov.
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini – müfti
1969 — 1986
Şəxsi məlumatlar
Doğum tarixi 1907(1907-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1986(1986-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Əhməd-Cabir Əhmədov Niyazi Əhmədov
Təhsili Nuxa mədrəsəsi, 1923–1930
Təltifləri "Stalinqradın müdafiəsinə görə" medalı"Döyüş xidmətlərinə görə" medalı"İgidliyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Əmək igidliyinə görə" medalı"Əməkdə fərqlənməyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalıII dərəcəli "Vətən Müharibəsi" ordeni

Hacı İsmayıl (1907–1986) — görkəmli din xadimi, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini (müfti).

Haqqında məlumatlar

1907-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1915 − 1930-cu illərdə Nuxada əvvəl ibtidai məktəbdə (1818-ci ilədək), sonra orta məktəbdə, daha sonra mədrəsədə (1923 − 1930) təhsil alıb.

Böyük Vətən müharibəsində

23 iyun 1941-ci il tarixdə Nuxa Hərbi Komissarlığından orduya çağırılıb. Orduda sanitar-daşıyıcı olub və 2000 nəfərdan artıq yaralını döyüş meydanından çıxarıb. Bundan başqa, həm də bərbər kimi fəaliyyət göstərib. “Stalinqradın müdafiəsinə görə” medalı ilə və “Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunub.

İş yerləri

1945 – 1967-ci illərdə Nuxa şəhər məişət xidməti kombinatında bərbər işləyib.

1967 – 1969-cu Bakıdakı Əjdərbəy məscidində (Göy məscid) mollalıq edib.

1969 – 1986-ci illərdə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini (müfti) vəzifəsində çalışıb.

Digər

1936-cı ildə ailə həyatı qurub.

1941 – 1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, orden və medallarla təltif olunub.

1970 və 1973-cü illərdə Həcc ziyarətində olub.

Bir sıra xarici ölkələrə getmiş, bir çox ali müsəlman məclislərində və sülh konfranslarında iştirak etmişdir.

1932-ci ildə yazmış olduğu “Ramazan” adlı bir qəsidəsi ölümündən sonra çap olunub.

Ədəbiyyat

  1. Ахмедов Исмаил Гаджикадар-оглы : Документы о награждении : [arx. 01.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 01.09.2021.
  2. Ахмедов Исмаил Гаджи Кадыр-оглы : Документы о награждении : [arx. 01.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 01.09.2021.
  3. Məmmədov Ə., Xalıqov F. Əhmədov Hacı İsmayıl Hacı Qədir oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 187-189. — 1.000 nüsx.
  4. Elbrus Şahmar. Hacı İsmayıl Hacı Qədir oğlu. “Körpü” qəzeti. Yanvar 1992-ci il, № 1(10). səh. 2.
  5. Elbrus Şahmar. Hacı İsmayıl Hacı Qədir oğlu. “Şəhriyar” qəzeti. 08.04.93. Səh.7.
  6. Elbrus Şahmar. “Məhəbbət Allahın əmanətidir” kitabında “Hacı İsmayıl Hacı Qədir oğlu Bakı, 1995, səh.35-38.
  7. “Hacı İsmayıl Hacı Qədir oğlu”. “Azersun” aylıq informasiya bülleteni. Oktyabr, 2004, sayı 17, səh. 8.
  8. “Hacı İsmayıl Hacı Qədir oğlu”. Müəllif Əhməd-Cabir Əhmədov. Azərbaycan Jurnalistlər Birliyinin üzvi. “Gələrsən-Görərsən” ictimai-siyasi, elmi-kütləvi publisistik jurnal. № 4. Səh. 40-42.
  9. Əhmədov Ə.İ. “Hacı İsmayıl 100”. (Hacı İsmayıl Hacı Qədir oğlunun anadan olmasının 100 illiyi münasibətilə). Bakı: “Azərnəşr”. 2007. 176 səh.

Qeyd: Sonuncu kitabda Hacı İsmayıl Hacı Qədir oğlu haqqında xarici ölkə jurnallarında nəşr olunan bir çox yazıların mətni və şəkilləri verilmişdir.