Hacı İsmayıl Əhmədov

Hacı İsmayıl Əhmədov (1907–1986) — görkəmli din xadimi, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini (müfti).

Hacı İsmayıl Əhmədov
Əhmədov Hacı İsmayıl Hacı Qədir oğlu
Hacı İsmayıl Əhmədov.
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini – müfti
1969 — 1986
Şəxsi məlumatlar
Doğum tarixi 27 noyabr 1907(1907-11-27)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 18 fevral 1986 (78 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Uşaqları Əhmədikamal, Əhməd-Cabir Əhmədov, Əhmədcamal, Niyazi Əhmədov, Sədaqət, Kifayət, Nəzakət və Nəhayət
Təhsili Nuxa mədrəsəsi, 1923–1930
Təltifləri "Stalinqradın müdafiəsinə görə" medalı"Döyüş xidmətlərinə görə" medalı"İgidliyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Əmək igidliyinə görə" medalı"Əməkdə fərqlənməyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalıII dərəcəli "Vətən Müharibəsi" ordeni

Haqqında məlumatlar Redaktə

27 noyabr 1907-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Redaktə

1915 − 1930-cu illərdə Nuxada əvvəl ibtidai məktəbdə (1818-ci ilədək), sonra orta məktəbdə, daha sonra mədrəsədə (1923−1930) təhsil alıb.

Böyük Vətən müharibəsində Redaktə

23 iyun 1941-ci il tarixdə Nuxa Hərbi Komissarlığından orduya çağırılıb. Orduda sanitar-daşıyıcı olub və bütün müharibə boyu 2000 nəfərdan artıq yaralını döyüş meydanından çıxarıb. Bundan başqa, həm də bərbər kimi fəaliyyət göstərib. “Stalinqradın müdafiəsinə görə” medalı ilə və “Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunub.

Əmək fəaliyyəti Redaktə

1945 – 1967-ci illərdə Nuxa şəhər məişət xidməti kombinatında bərbər işləyib.

1967 – 1969-cu Bakıdakı Əjdərbəy məscidində (Göy məscid) mollalıq edib.

1969 – 1986-ci illərdə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini (müfti) vəzifəsində çalışıb.

Digər Redaktə

1936-cı ildə ailə həyatı qurub.

1941 – 1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, orden və medallarla təltif olunub.

1970 və 1973-cü illərdə Həcc ziyarətində olub.

Bir sıra xarici ölkələrə getmiş, bir çox ali müsəlman məclislərində və sülh konfranslarında iştirak etmişdir.

1932-ci ildə yazmış olduğu “Ramazan” adlı bir qəsidəsi ölümündən sonra çap olunub.

Vəfatı Redaktə

18 fevral 1986-cı il tarixdə – 78 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat Redaktə

  1. Ахмедов Исмаил Гаджикадар-оглы : Документы о награждении : [arx. 01.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 01.09.2021.
  2. Ахмедов Исмаил Гаджи Кадыр-оглы : Документы о награждении : [arx. 01.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 01.09.2021.
  3. Məmmədov Ə., Xalıqov F. Əhmədov Hacı İsmayıl Hacı Qədir oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 187-189. — 1.000 nüsx.
  4. Mete Ə. Hacı İsmayıl // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 70-73. — 500 nüsx.
  5. Orsər R. Hacı İsmayıl Hacı Qədir oğlu // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 201-202. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.