Hacı Seyid Əbdülhəmid
Hacı Seyid Əbdülhəmid | |
---|---|
Hacı Seyid Əbdülhəmid Seyid Əhməd Çələbi oğlu | |
![]() | |
“Şəki xanları və onların nəsilləri” əsərinin birinci – 1930-cu il nəşri, kitabçanın üz qabığı. |
Hacı Seyid Əbdülhəmid (1795/1796–+1769) — “Şəki xanları və onların nəsilləri” adlı əsərin müəllifi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1795/1796-сı ildə (Hicri 1210) Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Nuxada İmam Hacı Məhəmməd əfəndidən və müdərris Hacı Abdulla əfəndidən təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Seyidlərin nəcabətləri təhqiq olunan komissiyada birinci calis təyin olunmaqla yanaşı, həm də qırx ildən də artıq müddət ərzində şəriət məhkəməsində də birinci calis vəzifəsində çalışaraq məhkəməni idarə edib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
Rusiya hökuməti tərəfindən üç qızıl saat, bir qızıl ənfiyədən, bir cəvahirli qızıl üzük və iki yüz manat məbləğində ilik məvacib.
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
Məkkə, Mədinə, Misir, Qahirə, İsgəndəriyyə, Şam, İstanbul, Trabzon şəhərlərini gəzərək, Tiflisə gəlmiş, bir müddət Qazax, Yelizavetpol (indiki Gəncə) şəhərlərində, iki il isə Şamaxı şəhərində yaşamışdır. 1869-cu ildən sonra “Şəki xanları və onların nəsilləri” adlı əsərini qələmə alıb.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
1869-cu ildən sonra vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- .../mode/2up Hacı Seyid Əbdülhəmid // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 145. — 80.000 nüsx.
- PDF // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı: 68. — Səh.: 8-9.
Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]
...
- Skript xətası olan səhifələr
- H
- Şəxslər (familiya sırası ilə)
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- Şəkidən çıxmış din xadimləri
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki xanlığının tarixindən” (1958) kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə