Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Hacı Seyid Əbdülhəmid

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Hacı Seyid Əbdülhəmid
Hacı Seyid Əbdülhəmid Seyid Əhməd Çələbi oğlu
Hacı Seyid Əbdülhəmid
“Şəki xanları və onların nəsilləri” əsərinin birinci – 1930-cu il nəşri, kitabçanın üz qabığı.
Doğum tarixi (Hicri 1210)  1795(1795-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) / 1796(1796-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (İndiki Şəki), Flag of Shaki Khanate4.png Şəki xanlığı
Vəfat tarixi +1769
Vəfat yeri ?

Hacı Seyid Əbdülhəmid (1795/1796–+1769) — “Şəki xanları və onların nəsilləri” adlı əsərin müəllifi.

Haqqında məlumatlar

1795/1796-сı ildə (Hicri 1210) Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxada İmam Hacı Məhəmməd əfəndidən və müdərris Hacı Abdulla əfəndidən təhsil alıb.

Əmək fəaliyyəti

Seyidlərin nəcabətləri təhqiq olunan komissiyada birinci calis təyin olunmaqla yanaşı, həm də qırx ildən də artıq müddət ərzində şəriət məhkəməsində də birinci calis vəzifəsində çalışaraq məhkəməni idarə edib.

Təltif və mükafatları

Rusiya hökuməti tərəfindən üç qızıl saat, bir qızıl ənfiyədən, bir cəvahirli qızıl üzük və iki yüz manat məbləğində ilik məvacib.

Digər

Məkkə, Mədinə, Misir, Qahirə, İsgəndəriyyə, Şam, İstanbul, Trabzon şəhərlərini gəzərək, Tiflisə gəlmiş, bir müddət Qazax, Yelizavetpol (indiki Gəncə) şəhərlərində, iki il isə Şamaxı şəhərində yaşamışdır. 1869-cu ildən sonra “Şəki xanları və onların nəsilləri” adlı əsərini qələmə alıb.

Vəfatı

1869-cu ildən sonra vəfat edib.

Ədəbiyyat

  1. Hacı Seyid Əbdülhəmid // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 145. — 80.000 nüsx.
  2. Redaktordan // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı:  68. — Səh.: 8-9.