Hadi Rəcəbli
Hadi Rəcəbli — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri, siyasi elmlər doktoru və professor.
Hadi Rəcəbli | |||||||
---|---|---|---|---|---|---|---|
Rəcəbli Hadi Musa oğlu | |||||||
![]() | |||||||
Hadi Rəcəbli, 2013. | |||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
Doğum tarixi | 25 oktyabr 1947 | ||||||
Doğum yeri |
Viravul kəndi, Lənkəran rayonu, ![]() ![]() |
||||||
Vətəndaşlığı |
![]() ![]() |
||||||
Milliyyəti | azərbaycanlı | ||||||
Təhsili |
• Moskva Yeyinti Sənayesi İnstitutu, texnologiya fakültəsi • Bakı Ali Partiya məktəbi |
||||||
Mükafatları |
![]() ![]() ![]() ![]() |
||||||
Adının digər versiyaları | Hadı Rəcəbli, Hadi Recebli, Hadi Rаcаbli, Хады Реджебов, Хады Реджебли, Гады Реджебов, Гады Реджебли, Һади Рәҹәбли, Нади Рәҹәбов, Һады Рәҹәбли, Нады Рәҹәбов |
Haqqında məlumatlarRedaktə
25 oktyabr 1947-ci il tarixdə Lənkəran rayonunun Viravul kəndində anadan olub.
TəhsiliRedaktə
Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.
Əmək fəaliyyətiRedaktə
1963 – 1971-ci illərdə Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı,
1971 – 1972-ci illərdə Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi,
1972 – 1978-ci illərdə Lənkəran Şəhər Komsomol Komitəsinin birinci katibi,
1978-ci ildən “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,
1980 – 1981-ci illərdə Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri,
1981 – 1983-cü illərdə Azərbaycan KP MK-nın inspektoru,
1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi,
1989 – 1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışmış,
1995 – 2020-ci illərdə birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sosial siyasət komitəsinin sədri olmuşdur.
İctimai–siyasi fəaliyyətiRedaktə
On birinci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.
Orden və medallarıRedaktə
- “Əmək igidliyinə görə” medalı (1976);
- “Şərəf nişanı” ordeni (1986);
- “Şöhrət” ordeni (2007);
- İkinci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2017).
AiləsiRedaktə
Evlidir, 4 övladı, 10 nəvəsi var.
Həmçinin, bax:Redaktə
ƏdəbiyyatRedaktə
- "Deputat Hadı Rəcəbli ilə FOTOSÖHBƏT". https://modern.az/ (azərb.). Modern.az. 25 Oktyabr 2017. 9 Jun 2016 - 17 Sep 2019 tarixində arxivləşdirilib.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |